• $
  • €
  • ₽
  • ₺
  • £

Bank PR menecerləri üçün təlim keçiriləcək

Bank PR menecerləri üçün  təlim keçiriləcək
25.10.2016 11:07
11-12 noyabr tarixində Bakıda "World Business Centre”də "Baku School of Public Relations” şirkətinin və "Azerbaijan Public Relations Association” APRA-nın təşkilatçılığı  ilə Bank sektorunda çalışan ictimaiyyətlə əlaqələr (PR) mütəxəssisləri  üçün  "Bank sektorunda PR” və "Böhran Kommunikasiyası” mövzusunda növbəti təlim keçiriləcək. Təlimi Azərbaycan Respublikası Mərkəzi Bankının mətbuat katibi, PR üzrə mütəxəssis Namiq Əliyev və "Alibayov Kommunikasiya & Konsaltinq Şirkəti”nin rəhbəri, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun (Fransa) Ekspertlər Şurasının üzvü, PR üzrə tanınmış mütəxəssis Vəli Əlibəyov tərəfindən aparılacaq.  
           
İki gün davam edəcək təlimdə PR mütəxəssislərin bu sahədə fikir mübadiləsi aparılacaq, bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübə ilə bağlı məlumatlar veriləcək. Təlim həmçinin ictimaiyyətlə əlaqələr, media ilə əlaqələr - əsas anlayışlar, müasir yanaşmalar, mətbuat xidməti necə olmalı, kommunikasiya əsrinin KİV-i: qəzetlər, jurnallar, internet, televiziya, radio, hədəf auditoriyalara görə informasiya kanallarının seçimi, hədəf auditoriyalar üçün nəzərdə tutulmuş məlumatların klassik və müasir çatdırılma yolları, mətbuat xidməti və KİV mövzularını əhatə edəcək.
           
Təlimdə iştirakçılara Mərkəzi Bankın mətbuat katibi Namiq Əliyevin müəllifi olduğu, hər bir PR menecerin masa üstü ədəbiyyatı ola biləcək ictimaiyyətlə əlaqələrin idarə edilməsi mövzusunda "Nəyi? Necə? Nə vaxt?” kitabı hədiyyə olaraq paylanılacaq.
             
Qeyd edək ki, yerlər məhdud olduğu üçün iştirak etmək istəyən PR mütəxəssislər 9 noyabr 2016-cı il tarixinə qədər [email protected] emailinə təsdiq məktubu göndərərək qeydiyyatdan keçməlidilər. Təlim ödənişlidir və sonda iştirakçılara sertifikatlar təqdim ediləcək.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol