ADA Universitetinin tələbələri üçün ekskursiya

"Azərbaycan Hava Yolları" (AZAL) ADA Universitetinin tələbələri üçün bir sıra mülki aviasiya obyektlərinə ekskursiya təşkil edib.
Tələbələr bütün hava gəmilərinə müasir dünya standartları səviyyəsində texniki xidmət göstərmək üçün hər cür şəraitin olduğu "Silkway Technics" şirkətinin anqar kompleksi ilə tanış olublar.
Bundan sonra tələbələr regionda ən böyük logistik mərkəzi olan "Baku Cargo Terminal” yük terminalında olublar.
"Silk Way Business Aviation” biznes-aviasiyası ekskursiyanın növbəti məntəqəsi olub. Burada tələbələr "Gulfstream business-jet” təyyarələri ilə tanış olublar.
Ekskursiya sərnişin təyyarəsini gəzməklə başa çatıb, həmçinin tələbələr pilot kabinəsində olmaq şansı əldə ediblər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























