• $
  • €
  • ₽
  • ₺
  • £

Səfir: “Xəzərdə neftçıxarma bizim üçün böyük əhəmiyyət kəsb edir”

Səfir: “Xəzərdə neftçıxarma bizim üçün böyük əhəmiyyət kəsb edir”
27.10.2016 11:56
Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Tsukuo Takaxaşi Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərliyi ilə Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Caspian European Club (Caspian Business Club) və Caspian Energy İnternational Media Group çərçivəsində Azərbaycanla Yaponiya arasında informasiya əməkdaşlığını genişləndirmək perspektivlərinə toxunulub, Xəzər regionunun Yaponiyanın enerji təhlükəsizliyi üçün mühüm rol oynadığı vurğulanıb. Xəzər Fars körfəzi regionundan sonra dünyada ikinci dəyərli enerji ehtiyatları mənbəyidir. "Yaponiya tamamilə idxaldan asılı ölkə olduğu üçün neft mənbələrinin diversifikasiyası bizim üçün əhəmiyyətlidir. Bu gün neftin 8 faizini Rusiyadan, digər hissəsini isə Yaxın Şərq dövlətlərindən əldə etdiyimizdən Xəzərdə neftçıxarma bizim üçün böyük əhəmiyyət kəsb edir”, - deyə Tsukuo Takaxaşi qeyd edib. "Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında aparıcı rola malikdir. Bununla yanaşı, Azərbaycan "Cənub Qaz Dəhlizi” boru kəmərinin inşasında mühüm təşəbbüsçü rolunu oynayır. Bu isə XXI əsrdə onun Avropa qaz bazarında iştirakının əhəmiyyətliliyinə zəmanət verir. Mən Azərbaycanın gələcəkdə qaz-neft sahəsində daha böyük uğurlar qazanacağına inanıram”, - deyə səfir bildirib. 

Səfir olaraq yaxın gələcəkdə Azərbaycana yüksək səviyyədə səfərin gerçəkləşməsini arzulayıram.  

"Bu gün Yaponiya-Azərbaycan əlaqələri əsasən neft sahəsinə yönəldilib. Yaponiya şirkətləri ələlxüsus da "Azəri-Çıraq-Günəşli” layihəsində iştirak edir və BTC-nin səhmdarlarıdır. Azərbaycanın qeyri-neft sektorundakı potensialını nəzərə alsaq, işgüzar əməkdaşlığın başqa sahələrdə də irəliləyəcəyini söyləyə bilərik. İSUZU yük avtomobillərinin yığılması zavodunun inşası buna sübutdur”, - deyə səfir çıxışına davam edib. Diplomatın sözlərinə görə, bir çox Yaponiya şirkətləri Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlıdır və onlar investisiya mühitinin təkmilləşməsi prosesini müşahidə edirlər. Yaponiya iqtisadiyyatın diversifikasiyasında, kənd təsərrüfatının, turizmin, nəqliyyatın, o cümlədən alternativ energetikanın inkişafında, yol infrastrukturunun təşkilində Azərbaycan hökumətinin qarşıya qoyduğu məqsədi dəstəkləyir. "Yaponiyanın güzəştli kreditlərindən yararlanaraq bu günə kimi biz İES-in tikintisini həyata keçirmişik. İndi Azərbaycanda elektrik enerjisinin altıda bir hissəsi Yaponiya dövlətinin dəstəyi ilə istehsal olunur. Bu, bizim üçün fəxrdir”, - deyə səfir söyləyib.  

Yaponiyada islahatların gedişatı diqqətlə izlənilir. Tsukuo Takaxaşinin sözlərinə görə, Azərbaycan hökuməti investisiya mühitinin təkmilləşməsinə böyük əhəmiyyət verir. "Ümid edirəm ki, həmin proses nəticəsində Yaponiya şirkətləri bu islahatlarda fəal iştirak edəcəklər. Mən Azərbaycan dövlətinin iqtisadi islahatlar və investisiya mühitinin təkmilləşdirilməsi sahəsindəki cəhdlərini dəstəkləyirəm”, - deyə səfir vurğulayıb. 

Görüşün sonunda səfir Caspian Energy jurnalına eksklüziv müsahibə verib. Müsahibə zamanı o, enerji təhlükəsizliyi mövzusundan, enerji ehtiyyatının yeni növlərinin əldə edilməsi imkanlarından, Yaponiyanın hasilat texnologiyasını təkmilləşdirməsindən, dünya enerji bazarlarındakı vəziyyətdən və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafından daha ətraflı bəhs edib, turizm sektorunun inkişaf perspektivlərini xüsusilə vurğulayıb.
 



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol