• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bu avtobusların istiqaməti dəyişdirildi

Bakıda bu avtobusların istiqaməti dəyişdirildi
31.10.2016 13:00
Bakıda 44 və 103 nömrəli marşrut xətlərinin istiqamətində müvəqqəti dəyişiklik edilib.
 
ANN.Az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova deyib.
 
Onun sözlərinə görə, bu gün səhər saat 10:00-dan etibarən aparılan tikinti işləri ilə əlaqədar olaraq Zığ yolu Hatəm Allahverdiyev küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Təmir işləri aparıldığı müddətdə ətraf ərazilərdə yaşayan sakinlərin ictimai nəqliyyatdan rahat istifadə etmələri, sərnişin avtobuslarının təhlükəsiz və maneəsiz hərəkətini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) 44 və 103 nömrəli marşrut xətlərinin istiqamətində müvəqqəti dəyişiklik edib.
 
Qurum rəsmisi bildirib ki, sözügedən marşrut xətləri üzrə avtobuslar alternativ olaraq Rövşən Göyüşov küçəsi (6 saylı Vərəm Xəstəxanası) ilə hərəkət edərək (Bahar Enerji istiqamətində) Hövsan yoluna çıxacaq. Rövşən Göyüşov küçəsinin ümumi uzunluğu 4,8 kilometrdir. Hatəm Allahverdiyev küçəsində Zığ yolunun bağlanması Hövsan yolu ilə şəhər istiqamətində və əksinə Hövsan qəsəbəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə maneə törətməyəcək. Həmçinin "Bakubus” MMC-nin xəttə çıxan avtobuslarına yolun bağlanmasının təsiri olmayacaq.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol