• $
  • €
  • ₽
  • ₺
  • £

Qara bazarın iqtisadiyyatımıza təsiri: Zərbə yoxsa...

Qara bazarın iqtisadiyyatımıza təsiri: Zərbə yoxsa...
31.10.2016 15:12
Son günlər qara bazarda dollar aktivliyi artıb. Bir neçə bankın dollar satışı həyata keçirməməsi və valyuta dəyişmə məntəqələrinin ləğvi qara bazarın fəaliyyətini daha da gücləndirir. 

Bəs görəsən, qara bazarın mövcudluğu və bu cür aktivlik göstərməsi Azərbaycan iqtisadiyyatına necə təsir göstərir?

Bu sualı ANN.Az-a iqtisadçı-ekspertlər Oqtay Haqverdiyev və Natiq Cəfərli şərh edib.
 

Oqtay Haqverdiyev - iqtisadçı ekspert

Oqtay Haqverdiyev "qara bazar”ın mövcudluğunun Azərbaycan iqtisadiyyatına zərbə olduğunu deyib: 

"Çünki qara bazarda olan pul kütləsinə nəzarət edilmir. Bu da bir çox fəsadlara gətirib çıxara bilər. İnflyasiya daha da dərinləşə və bu puldan kriminal üçün istifadə edilə bilər və s. Bununla yanaşı, "qara bazar”da istifadə edilən vəsait  ABŞ-ın pul vahidi olduğundan, Azərbaycan iqtisadiyyatına deyil, dolayı yolla onların iqtisadiyyatına işləyir”. 

Ekspert həmçinin "qara bazar”la məşğul olanlara qarşı cəzaların sərtləşdirilməli olduğunu da bildirib:

"90-ci ilin əvvəlində "qara bazar əməliyyatı” indiki "Malakan bağı”nda keçirilirdi. Hazırda isə bu aktivlik Səməd Vurğun bağındadır. Hələ SSRİ dövründə "qara bazar”dan pul alıb-satanları, eləcə də, orada pul dəyişmək istəyənləri hüquq-mühafizə orqanları tutub həbs edirdi. İndi isə səhv etmirəmsə, bu əmələ görə saxlanılanlar müəyyən miqdarda təyin edilmiş cəriməni ödəyirlər. Yəni, bu əmələ görə cəza o qədər də sərt deyil. Bu səbəbdən də, istənilən adam qorxub-çəkinmədən "qara bazar”la məşğul olur”. 

"Bank sektoru tək bu suala cavab verərsə, dollarla bağlı bütün problemlər həll edilə bilər. ARDNF və Mərkəzi Bank kommersiya banklarına dollar satır, amma soruşan yoxdur ki, niyə banklar yenə də dollarla kredit vermirlər? Bəs bu qədər dollar hara gedir? Əlbəttə ki, "qara bazar”a. Azərbaycanda "qara bazar”ın qarşısı mütləq alınmalıdır. Yoxsa bu, ciddi təhlükələrə yarada bilər”, - deyə O. Haqverdiyev əlavə edib.
 

Natiq Cəfərli - iqtisadçı ekspert

İqtisadçı Natiq Cəfərli "qara bazar”ın yaranmasında günahkarın nə banklar, nə də əhali olmadığını qeyd edib:

"Valyuta ilə bağlı qərarları Mərkəzi Bank (AMB) və Maliyyə Nazirliyi verir. "Qara bazar”ın yaranmasına da şəraiti məhz bu qurumlar yaratdı. İndiki "qara bazar”ı ləğv etməyin bir çox yolları var:  "Exchange”lərin bərpa edilməsi, valyutaya olan tələbatı ödəmək üçün bankların ehtiyatlarının artırılması və s. Bunlar baş vermədikcə, "qara bazar”ın hüquq-mühafizə orqanları ilə qarşısını almaq mümkün olmayacaq. "Qara bazar”ı ancaq iqtisadi metodlarla qarşısını almaq mümkündür”.

İqtisadçı digər ekspertlərdən fərqli olaraq, "qara bazar”ın mövcud olmasının xarici ticarət dövriyyəsinə dəstək olduğu qənaətindədir:

"Qara bazarın mövcud olması əhalinin dollara olan tələbatını ödəyir. Məsələn, hər hansı iş adamına alqı-satqı zamanı dollar vəsaiti lazım olur, amma o, bu pulu banklardan əldə edə bilmir. Beləliklə, məcbur qalıb "qara bazar”a üz tutur. Məsələyə bu tərəfdən baxsaq, deyə bilərik ki, nə qədər qəribə səslənsə də, "qara bazar”ın mövcud olmasın xarci ticarət dövriyyəsinə bir dəstəkdir”. 
 


Xatırladaq ki, araşdırmalar görə, "qara bazar”da dolların məzənnəsinin alışı 1.6800 satışı isə 1.7050 AZN/USD-dir. AMB dolların bugünkü məzənnəsini 1,6381 AZN/USD səviyyəsində müəyyən edib.

Orxan Aslanlı


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol