• $
  • €
  • ₽
  • ₺
  • £

Gömrük rüsumları niyə artırıldı? - Zərurət yoxsa...

Gömrük rüsumları niyə artırıldı? - Zərurət yoxsa...
02.11.2016 12:46
Noyabrın 3-dən etibarən ölkəyə idxal edilən bir sıra məhsullara (toyuq əti və ət əlavələri, toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər) yeni və yüksək gömrük  idxal rüsumları tətbiq ediləcək. 

Bununla da, sadalanan məhsulların qiymətində dəyişiklik olacaq.

Ölkədə yaşanan iqtisadi durumu nəzərə alaraq, yeni və yüksək gömrük idxal rüsumlarının tətbiq edilməsi Azərbaycan iqtisadiyyatına necə təsir göstərəcək? İnflyasiya daha da dərinləşəcəkmi?
 
 
Azər Mehdiyev - iqtisadçı ekspert

İqtisadçı-ekspert Azər Mehdiyev ANN.Az-a açıqlamasında bildirib ki, yeni gömrük rüsumlarının tətbiq edilməsi ölkəyə gətirilən məhsulların bahalaşmasına gətirib çıxaracaq: 

"Hökumət bu addımın yerli istehsalın qorunması məqsədilə atıldığını deyir. Ancaq həmin sahələr üzrə bunun nə qədər araşdırıldığı və gömrük rüsumlarının artırılmasının yerli istehsalın inkişafına yardım edəcəyi ciddi bir araşdırma tələb edir. Hökumətin isə bu məsələni nə qədər araşdırması barədə təəssüf ki, məlumat yoxdur”. 

"Nəzərə alsaq ki, bahalaşma əsasən, ərzaq məhsullarından gedir, bu, istehlak bazarına da ciddi təsir göstərəcək, qiymətlərin artması ilə müşahidə ediləcək. Onsuz da, ilin əvvəlindən Azərbaycanda ciddi inflyasiya prosesləri gedir. Hətta hökumət rəsmi olaraq, bunu 11-12% civarında elan etsə də, istənilən araşdırma göstərir ki, istehlak qiymətlərinin artım səviyyəsi daha çoxdur. Orta hesabla, 30 fazilik artım müşahidə edilir. Bu qiymət artımı yeni tətbiq ediləcək gömrük rüsumlarına daha da təkan verəcək. Azərbaycanda inflyasiyanın səviyyəsi bu il birmənalı olaraq, ikirəqəmli səviyyədə olacaq. Dövlətin bu rəqəmi nə qədər doğru ifadə edəcəyi başqa məsələdir. İl ərzində qiymətlərin 35-40% dəyişəcəyinin şahidi olacağıq”, - deyə A. Mehdiyev əlavə edib.

İqtisadi böhran dövründə qiymət artımının həmişə olduğunu deyən iqtisadçı bunu əhalinin sosial vəziyyətinin ağırlaşacağı ilə əlaqəndirdi: 

"Lakin bu, bazarlara da çağırış verir. Belə məsələlərdə önəmli olan hökumətin doğru qərarlar qəbul edib iqtisadiyyatın inkişafına istiqamətlənən islahatların aparılmasıdır. Hökumət islahatlar barədə danışsa da, hələ ki, ortada bir iş yoxdur. Doğrudur, ayrı-ayrı istimaqətlərdə müəyyən addımlar atılıb (investisiyaların, ixracın təşviqindən və digər istiqamətlər), amma iqtisadi sahədə köklü islahatlar baş verməyib. Nə qədər ki, bu proses baş vermir, o vaxta qədər iqtisadi böhran dərinləşməkdə davam edəcək. Atılan addımlar iqtisadi böhranın dərinləşməsinə doğru aparır”.
 
Qeyd edək ki, yeni gömrük idxal rüsumları sabahdan (3 noyabr) qüvvəyə minəcək və iki il müddətində keçərli olacaq. Dəyişikliyə görə, Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. 

O cümlədən, meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla, gömrük idxal rüsumu alınacaq.

Orxan Aslanlı


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol