• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ən gəlirli sahə hansıdır?

Azərbaycanda ən gəlirli sahə hansıdır?
02.11.2016 14:01
Hər bir insan şəxsi biznesini qurmadan əvvəl biznesin hansı növünün daha gəlirli olacağını düşünür. Bəzən isə səhv bir yatırım həmin şəxsin iflasına səbəb ola bilir. 

Maraqlıdır, Azərbaycanda ən gəlirli sahə hansıdır?
 
Modern.az bu məsələ ilə bağlı iqtisadçı ekspert Azər Mehtiyevin fikirlərini öyrənib.

Ekspert bildirib ki, Azərbaycanda uzun müddət ən gəlirli sahələrdən biri neft sektoru olub.
 
"Neft sahəsinə qoyulan gəlirlər çox yüksək gəlirlər qazandırıb. Neftin qiymətinin vaxtı ilə 100 dollardan yüksək olması ölkəyə çox böyük gəlirlər gətirib. Yəni bu sahə digərlərində olan resursları özünə cəlb edib”.

Azər Mehtiyev deyib ki, daha sonra isə ən gəlirli sahə tikinti sektoru idi.

"Söhbət mənzil tikintisindən gedir” – deyə əlavə edib.

O, bank sektorunun da Azərbaycanda ən gəlirli sahələrdən biri olduğunu deyib.
 
"Çünki bu sektorda ciddi bir iş görülmədən sadəcə olaraq vətəndaşların vəsaitlərinin cəlb olunması və onların təkrar dövriyyəyə buraxılması ilə yüksək gəlirlər əldə olunub. Məhz bu sahələr ölkədə bir çox sahələrin inkişafının qarşısını alıb”.
 
Azər Mehtiyev hazırda ticarət və məişət xidmətləri sektorunun ən gəlirli sahələrdən  hesab olunduğunu qeyd edib.
 
"Hələ ki, istehsal sektorunda isə ciddi bir maraq yoxdur. Məişət xidmətləri sektoru dedikdə isə restoranlar, kafelər başa düşülür. Ona görə də əsas diqqət hal-hazırda bu sahələrə yönəlib. Bir çox sahələr isə inkişaf etdirilməsi üçün dövlət tərəfindən qayğı tələb edir”.
 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol