• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda satılan 7 ən bahalı avtomobil – QİYMƏTLƏR

Azərbaycanda satılan 7 ən bahalı avtomobil – QİYMƏTLƏR
02.11.2016 16:13
Alqı-satqı saytlarında yerləşdirilən ən bahalı avtomobil "Mercedes S 63 AMG”-dir. 

Bu barədə "a24.az” saytı avtomobillərin onlayn alqı-satqısı ilə məşğul olan saytlara istinadən bildirir. 



2015-ci ildə istehsal olunan avtomobilin mühərrikinin həcmi 5,5 L, mühərrikin gücü 585 a.g, getdiyi məsafə 18 kilometrdir. Avtomobil alıcılara nə az, nə çox, düz 375 min dollara (614 min manata) təklif edilir.

614 min manata satılan "Mercedes”

Siyahıda ikinci yeri "Rolls-Royce Ghost” tutub. Avtomobilin mühərrikinin gücü 563 a.g.-dür. 2014-cü ilin buraxılışı olan avtomobilin qət etdiyi məsafə 360 kilometrdir. Qeyd edilən avtomobil alıcılara 350 min dollara (573 min 335 manat) təklif edilir.



573 min 335 manata təklif edilən avtomobil

Azərbaycanda alış-veriş saytlarında müştərilərə təqdim edilən üçüncü ən bahalı avtomobil "Lexus LX” 570 modelidir. Buraxılış ili 2008-ci il olan bahalı avtomobilin mühərrikinin həcmi 5,7 L, mühərrikinin gücü isə 383 a.g.-dür. 104000 km yürüşü olan avtomobil alıcılara fantastik qiymətə - 345 min dollara (565 min 144) təklif olunur.



565 min 144 manata satılan "Lexus”

Ölkə ərazisindəki satılan bahalı avtomobillər sırasında 4-cü yeri "Mercedes S 65 AMG” tutur. Avtomobilin qiyməti 325 min 555 (533 min 290 manat) dollardır.  Avtomobilin mühərrikinin həcmi 6.0 L, mühərrikinin gücü 630 a.g.-dür. Avtomobilin buraxılış ili 2016-cı il, yürüşü isə 0 km-dir.



"Mercedes S 65 AMG”

Siyahının növbəti pilləsində yenə "Mercedes” markalı avtomobil qərarlaşıb. "Mercedes G 63 AMG”-nin qiyməti 325 min (532 min 382 manat) dollardır. Avtomobilin buraxılış ili 2015-ci ildir. Mühərrikinin gücü 700 a.g.-dür. Bahalı avtomobilin yürüşü 0 km-dir.



"Mercedes G 63 AMG”


Ölkə ərazisində internet portallar üzərindən satılan bahalı avtomobillərin siyahısında 6-cı pilləni də məhz yenə "Mercedes”, özü də 5-ci pillənin sahibi kimi "Mercedes G 63 AMG”-dir. Buraxılış ili 2015-ci il olan avtomobilin mühərrikinin həcmi 6,3 L, mühərrikinin gücü 544 a.g.-dür. 0 kilometr "probeqi” olan avtomobilin qiyməti yuxarıdakı eyni modeldən cəmi 5 min dollar fərqlənir. Avtomobil alıcılara 320 min dollara (524 min 190) təklif edilir.

"Mercedes S 63 AMG”



Bahalı yeddiliyi yenə "Mercedes”in başqa bir modeli olan S 63 AMG tamamlayır. Mühərrikinin həcmi 5,5 L, mühərrikin gücü 585 a.g. olan avtomobil alıcılara 310 min dollara (507 min 800 manat) təklif edilir. Avtomobilin yürüşü isə 0 km-dir.

Yuraxıda məlumat verdiyimiz avtomobillərin ümumi diqqət çəkən bir məqamı da hamısının rənginin qara olması ilə bağlıdır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol