• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bankın valyuta ehtiyatları niyə azalır? EKSPERT AÇIQLADI

Mərkəzi Bankın valyuta ehtiyatları niyə azalır? EKSPERT AÇIQLADI
02.11.2016 16:25
"2014-ci ildə 11,7 milyard manat pul bazasına sahib idiksə, bu ayın əvvəlində həmin rəqəm 7,45 milyard manatadək azalıb"

ANN.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov Mərkəzi Bankın (MB) valyuta ehtiyatının azalmasını şərh edərkən deyib.

İqtisadçının sözlərinə görə, dollara artan tələb MB-nin valyuta ehtiyatlarının son 1 ayda 4,13 milyard dollardan 4,0 milyard dollaradək azalmasına səbəb olub: 

"Mərkəzi Bankın rezervlərində iyul ayından müşahidə edilən azalma tendensiyası isə davam etməkdədir. 2014-ci ilin iyul ayında 15,19 milyard dollar ehtiyata sahib olan Mərkəzi Bank həmin puldan cəmi 4 milyard dolları saxlaya bilib. Bu arada, Dövlət Neft Fondu da valyuta hərraclarında bu ilin oktyabr ayı ərzində 371 milyon dollar satdığını açıqladı. Beləliklə, oktyabrda dollara tələbin artması Neft Fondu ilə yanaşı, Mərkəzi Bankı da xərcə salıb. Mərkəzi Bank bu müddətdə manat bazasının inzibati yollarla azaldılması strategiyasını davam etdirsə də, bu, dollara olan tələbin optimallaşmasına səbəb olmayıb. Belə ki, 2014-ci ildə 11,7 milyard manat pul bazasına sahib idiksə, bu ayın əvvəlinə bu rəqəm 7,45 milyard manatadək azalıb. Nəticədə, dolların manata məzənnəsinin artması fonunda Mərkəzi Bankın "az manat - dollara az tələb” reseptinin reallıqda dərdə çarə olmadığını göstərir". 

"Son dövrlər müflis olan banklara görə, 650 milyon manatdan artıq kompensasiya ödəyən Əmanətlərin Sığortalanması Fondu bu vəsaitin yarıdan çoxunu son 1 ayda "Bank Standard”-ın əmanətçilərinə ödəyib. Nəticədə, dövriyyəyə daxil olan "kompensasiya manatları” dollara tələbi daha da artırıb. Manat isə dollara nisbətən, həm rəsmi məzənnədə, həm də bazar kursunda dəyər itirməkdədir. Sentyabrın ortalarında manat möhkəmlənən zaman proqnoz etdiyim kimi dollara tələb artmaqda davam edəcək. Arada "manatın qısa dalğaları" ola bilər, amma bu heç də bazarda uzun müddətli təsirə malik olmayacaq. Bu baxımdan, dollara tələb artmaqda davam edəcək. Bir tərəfdən, ilin sonunadək idxalın artması, özəl və dövlət müəssisələrin borc ödənişləri və bayram səfərləri xarici valyutaya tələbi artıracaq. Digər tərəfdən, Mərkəzi Bankın rezervlərinin 4 milyard dollarlıq "psixoloji qapının" ağızında dayanması neftin qiymətinin proqnozlaşdırıldığı kimi aşağı düşməsi və Neft Fondunun büdcə transferlərinin azalması manata təzyiqi artırır. Belə olan halda, öncədən proqnozlaşdırıldığı kimi Mərkəzi Bankın liberal üzən valyuta rejiminə keçməsi daha da real görsənir. Bütün hallarda isə "dollar növbəti aylarda da valyuta bazarımızda topu öz meydançasında” asanlıqla saxlaya biləcək", - deyə ekspert qeyd edib.
 
Orxan Aslanlı

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol