• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Neft Emalı Zavodunun tikintisi nə vaxt başlayacaq?

Bakı Neft Emalı Zavodunun tikintisi nə vaxt başlayacaq?
02.11.2016 23:30
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) yenidən qurulması və modernizasiyası layihəsi çərçivəsində tikinti işlərinə 2017-ci ilin mart ayında başlanacaq. 

"Report"un verdiyi xəbərə görə, bunu SOCAR-ın stateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov bildirib.

"Ötən ilin oktyabr-noyabr aylarında lisenziyarlarla müqavilələr imzalanıb və 4-5 ay ərzində baza layihələr işlənib. "Amec-Foster Wheeler"/"SOCAR-Foster Wheeler" alyansı İlkin Detallı Layihələndirmə (FEED) işləri üzərində işləyir. Dekabr ayında artıq yeni qurğulara aid hissə, gələn ilin mart ayında ümumzavod təsərrüfatına aid hissə hazır olacaq. Bu vaxtdan əsas EPC (Mühəndislik, Satınalma və Tikinti) mərhələsinə keçilir”, - deyə T.Qəhrəmanov qeyd edib.

Onun sözlərinə görə, iki tender keçiriləcək. Vitse-prezident ilk tenderin yanvar ayından, digərinin isə aprel ayından başlayacağını qeyd edib. O bildirib ki, birinci tender əsasında yeni qurğuları tikəcək şirkət, ikinci tenderdə yenidənqurma işlərini aparacaq podratçı şirkət seçiləcək: "Birinci tender üçün 7 şirkət seçilib. İkinci tender üçün hazırda ön qiymətləndirmə işləri aparılır”.

T.Qəhrəmanov BNEZ ərazisindəki yeni bitum qurğusundan da danışaraq xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə artıq bu qurğunun təməli qoyulub və 2018-ci ilin iyun ayında bu qurğu istismara buraxılmalıdır.

SOCAR-ın vitse-prezidenti əlavə edib ki, bu işlərin görülməsində əsas məqsəd zavodda istehsal olunan neft məhsullarının həm keyfiyyətini artıraraq "Euro-5” standartına çatdırmaq, həm də neft emalının kəmiyyətini artırmaqdır: "Hazırda təqribən 1,3 mln. ton benzin istehsal olunursa, yenidənqurma işlərindən sonra bu rəqəm 2,2-2,3 mln. tona çatacaq. Dizel yanacağı 2,3 mln. tondan 2,9 mln. tona, aviayanacaq 700 min tondan 1 mln. tona çatdırılacaq”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol