Sürücülər DİQQƏT: Bu prospektdə tıxac var

Hazırda paytaxtın Heydər Əliyev prospektində (metronun Koroğlu stansiyasından şəhər istiqamətində) tıxac var.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, tıxacın səbəbi prospektin sağ kənar yolun üzərindəki tuneldə "KaMAZ" markalı yük avtomobilinin xarab olaraq qalmasıdır.
Şəhərin digər küçə və prospektlərində isə avtonəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























