• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkəyə gətirilən mallar üzrə yeni gömrük idxal rüsumları qüvvəyə mindi

Ölkəyə gətirilən mallar üzrə yeni gömrük idxal rüsumları qüvvəyə mindi
03.11.2016 10:24
Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişikliklər edilməsi barədə qərarı qüvvəyə minib.

"Report"un xəbərinə görə, dəyişikliklərlə bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərar iki il müddətində qüvvədə olacaq.

Dəyişikliklə "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarın əlavəsi olan "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə bəzi mal mövqeləri üzrə gömrük idxal rüsumları əlavədə göstərilən tarif dərəcələrində təsdiq təsdiqlənib.

Belə ki, ağ sementin 1 kiloqramına 0,07 ABŞ dolları, kərpiclər, bloklar, lövhəciklər və silisli daş unundan və ya analoji silisium oksidi süxurlarından keramika məmulatlarının (məsələn, kizelqur, tripolit və ya diatomitdən) 1 kiloqramı üçün 0.04 ABŞ dolları, inşaat kərpiclərinin 1000 ədədi üçün 100 ABŞ dolları gömrük idxal rüsumu tutulacaq.

Bundan başqa, mineral və qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilən və başqa spirtsiz içkilərin bir litri üçün 0,7 ABŞ dolları gömrük rüsumu tələb olunacaq.

Dəyişikliyə əsasən, qoz-fındığın təzə və ya qurudulmuş, qabığı təmizlənmiş və ya təmizlənməmiş, qabıqla və ya qabıqsız bir kiloqramı üçün 1.5 ABŞ dolları, soğanın bir kiloqramı üçün 0,2 ABŞ dolları, xiyarın bir kiloqramı üçün 0,4 ABŞ dolları gömrük idxal rüsumu müəyyənləşib.

Toyuq yumurtasının 1000 ədədi üçün 100 ABŞ dolları, ev quşlarının əti və ət əlavələrinin bir kiloqramı üçün 1 ABŞ dolları gömrük idxal rüsumu tutulacaq.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol