• $
  • €
  • ₽
  • ₺
  • £

9 nömrəli "BakuBus" niyə istifadəyə verilmədi? - RƏSMİ AÇIQLAMA

9 nömrəli "BakuBus" niyə istifadəyə verilmədi? - RƏSMİ AÇIQLAMA
03.11.2016 15:19
Bu ilin may ayının əvvəlində "BakuBus” MMC 9 nömrəli marşrut xətti ilə paytaxt sakinlərinin xidmətində olacağı ilə bağlı mətbuatda xəbər yayılmışdı. Qurumun mətbuat xidməti ilk iki sınaq günündə 8 ədəd avtobusun xəttə buraxılacağını, üçüncü gündən etibarən, normal rejimdə işə başlayacağını demişdi.

Buna baxmayaraq, marşrut xətti hələ də istifadəyə verilməyib.

ANN.Az 9 saylı marşrutun hansı səbəbdən hələ də işləmədiyini və nə vaxt xəttə buraxılacağı ilə bağlı "BakuBus” MMC ilə əlaqə saxlayıb.
 

"BakuBus" MMC

Qurumdan bildiriblər ki, məsələ ilə bağlı bütün məqamlar, eləcə də, yeni "BakuBus”ların istifadəyə verilməsini və hansı yollarla hərəkət etməsini Bakı Nəqliyyat Agentliyi təyin edir.
 

Nuridə Allahyarova - Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova ANN.Az-a açıqlamasında ümumiyyətlə, "BakuBus”-ın 9 nömrəli marşrut xətti ilə bağlı mətbuata heç bir açıqlama vermədiyini dedi.

"Ola bilsin ki, mənim adımdan bu məlumatları veriblər. Mətbuata belə bir açıqlama verməmişəm. "BakuBus”ın 9 nömrəli marşrut xəttinin istifadəyə verilməsi isə yaxın gələcəkdə gözlənilir”, - deyə qurum sözçüsü əlavə edib.  

Xatırladaq ki, 9 nömrəli marşrut xəttinin gediş istiqamətləri belə idi:
 
Təkrar Metal Zavodu ("Çermet” körpüsü) - Keşlə bazarı - N. Nərimanov m/s - Gənclik m/s - Tibb Universiteti - Heydər Əliyev Sarayı - Sahil metrosu - Azneft meydanı - Səbail meydanı - Su İdman Mərkəzi.

Qayıdış istiqaməti: 

Su İdman Mərkəzi - Səbayıl meydanı - Azneft meydanı - Mərkəzi Bank - Koroğlu parkı - Gənclik m/s - N. Nərimanov m/s - Keşlə bazarı - Təkrar Metal Zavodu ("Çermet” körpüsü).
 
Hazırda "BakuBus"ın istifadədə olan marşurtları bunlardır: 1, 2, 3, 5, 6, 7, 8, 13, 14.
 
Sonuncu dəfə 12 may 2016-cı ildə "BakuBus” MMC-nin 13 nömrəli marşrut xətti istifadəyə verilib.

Orxan Aslanlı


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol