• $
  • €
  • ₽
  • ₺
  • £

"Premium" markalı benzinin satışı niyə dayandırıldı? - EKSPERT ŞƏRHİ

"Premium" markalı benzinin satışı niyə dayandırıldı? - EKSPERT ŞƏRHİ
04.11.2016 15:57
Paytaxtın bəzi yanacaqdoldurma məntəqələrində "Aİ-95 Premium" markalı yanacağın satış dayandırılıb. Bu hal həmin markalı yanacaqdan istifadə edən sürücülərin narazılığına səbəb olub. 

Yanacaqdoldurma məntəqələrində "Aİ-95 Premium” markalı yanacağın satışının dayandırılmasının səbəbi nədir? Qiymət artımı gözlənilirmi?

Bunu ANN.Az-a iqtisadçı ekspert Natiq Cəfərli şərh edib.
 

Natiq Cəfərli - iqtisadçı ekspert

Ekpsert Natiq Cəfərli "Aİ-95 Premium” markalı yanacağın satışının dayandırılmasının əsas səbəbini benzinin xarici valyuta ilə alınması ilə əlaqələndirdi:

"Son günlər ölkədə valyuta ilə bağlı ciddi problemlər var. Valyutanın ölkədən çıxışı ilə əlaqədar problemlər yaşanmaqdadır. İkinci səbəb isə bu qərar verilən zaman rəsmilər "Aİ-95 Premium” markalı yanacağın qiymətinin sərbəst bazar tərəfindən təyin olunacağını bəyan etmişdilər. Bu gün məlum olur ki, bazarda tək bir şirkət "SOCAR Petroleum" var. Bu şirkət də hər hansı bir səbəbdən ölkəyə "Aİ-95 Premium” markalı yanacağı gətirə bilmirsə, deməli, ölkədə qıtlıq mövcudur. Buradan aydın oldu ki, bazarda rəqabət yox imiş. Əgər yanacağın qiymətini bazar müəyyən edəcəkdisə, elə ilk gündən "Aİ-95 Premium” markalı benzinin qiyməti necə idisə, indi də olduğu kimi qalır. Bu yanacağın qiyməti neftdən asılıdırsa, niyə dünya bazarında neftin qiyməti ucuzlaşanda, bizdə bu markalı benzinin qiyməti aşağı düşmür? Qonşu ölkə Gürcüstanda məhz belə olmuşdu. Neftin qiyməti düşən kimi "95” markalı benzinin qiymətində də dəyişilik olmuşdu. Azərbaycanda isə bu hal müşahidə olunmadı. Rəqabət və çox şirkət yoxdur ki, ölkəyə xeyli miqdarda bezin gətirə bilsin”. 

"Aİ-95 Premium” markalı yanacağın satışının dayandırılmasının qiymət artımı ilə bağlı olması iddialarına münasibət bildirən ekspert bu addımı məntiqsiz adlandırıb:

"Son günlər dünya bazarında neftin qiymətində 13% azalma müşahidə olunur. Bu, neftin qiyməti ilə bağlı olan əsas əmtəədir. Belə bir addım atılarsa, çox məntiqsiz, heç bir iqtisadi əsası olmayan qərar ola bilər”, - deyə iqtisadçı əlavə edib. 

Mətbuata açıqlamasında "SOCAR Petroleum" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli problemin artıq aradan qaldırılmaq üzrə olduğunu deyib:

"Bildiyiniz kimi bu yanacaq növü Azərbaycana xaricdən idxal olunur. Son günlər idxalda yaranan problemlə bağlı daxili bazarda bu yanacaq növünün çatışmazlığı yaranıb. Lakin artıq yanacağın idxalında yaranan problem aradan qaldırılıb və müştərilərimiz məhsulla təchiz olunmaqdadır. Bilirsiniz ki, "SOCAR Petroleum" böyük bir YDM şəbəkəsinə sahibdir. Lakin biz ilk növbədə müştərilərimizin tələbatını ödədik. İlk təchiz etdiyimiz şirkətlərdən biri də "LUKoil-Azərbaycan"dır. Son iki gün ərzində müştərilərimiz yanacağı əldə edir. Düzdür, müştərilərimizə yanacaq məhdud həcmdə satılır".

Qurum rəsmisi əlavə edib ki, defisitin yaranmasına səbəb tələbatın yüksək olmasıdır: 

"Məsələn, sonuncu dəfə "LUKoil-Azərbaycan"a 5 maşın yanacaq verilib. Olar bilər ki, tələbatın yüksək olması səbəbindən ehtiyat tükənib".

Orxan Aslanlı

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol