• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə dolların məzənnəsində yeni tarixi REKORD

Türkiyədə dolların məzənnəsində yeni tarixi REKORD
04.11.2016 16:49
Türkiyədə ABŞ dollarının məzənnəsi noyabrın 3-nə nisbətən 1,3% artaraq yeni tarixi maksimal həddə - 3,15 TRY/USD-yə çatıb. 

"Report" xəbər verir ki, buna səbəb Türkiyədə siyasi partiyalardan birinin (HDP) 11 deputatının tutulması, cari geosiyasi vəziyyət və qlobal maliyyə böhranı fonunda Türkiyə iqtisadiyyatında yaranan çətinliklərdir. Bununla yanaşı, İstanbul Fond Birjasının "BİST-100" indeksi bu gün ilk seansda 1 933 bənd və ya 2,52% azalaraq 74 749 bəndə enib.
 
"Report"un analitik qrupu hesab edir ki, dolların məzənnəsi ilin sonuna qədər 3,30 TRY/USD, 2017-ci ildə 3,80 TRY/USD, 2018-ci ildə isə hətta 4,30 TRY/USD-yə qədər yüksələ bilər. "BİST-100" indeksinin isə 60 000 bəndə qədər, yəni 20% azalması potensialı mövcuddur.

Analitik qrup bildirir ki, türk lirəsinin bu gün ucuzlaşması inkişaf etməkdə olan bir sıra ölkənin milli valyutalarının ucuzlaşmasına, birja indekslərinin isə düşməsinə səbəb olub. Bu gün Rusiyada bayram olduğundan rubl və Rusiya fond birjalarında dəyişiklik qeydə alınmayıb. Bazar ertəsi, noyabrın 7-də isə Rusiya maliyyə bazarlarında da mənfi tendensiyanın hökm sürəcəyi gözlənilir.
 
Azərbaycanın əsas ticarət tərəfdaşı olan Rusiya və Türkiyənin milli valyutalarının ucuzlaşması isə öz növbəsində manata təzyiqləri artıracaq: "Yaxın günlərdə manatın məzənnəsində ucuzlaşmanın sürətlənməsinin şahidi ola bilərik. Donald Trampın ABŞ prezidenti seçilməsi durumunda isə devalvasiya prosesi inkişaf etməkdə olan ölkələrdə daha da kəskinləşə bilər".


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol