• $
  • €
  • ₽
  • ₺
  • £

ARDNF-dan "zərər və itki" ilə bağlı AÇIQLAMA

ARDNF-dan "zərər və itki" ilə bağlı AÇIQLAMA
04.11.2016 21:58
"Son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində (KİV) Dövlət Neft Fondunun (SOFAZ) "zərər” və "itki”lərə yol verməsi barədə bir sıra özünü "ekspert” adlandıran şəxslər tərəfindən açıqlanan həqiqəti əks etdirməyən, yanlış ictimai rəy formalaşdırmağa yönəldilən, səhv və qərəzli məlumatlar yayımlanmaqdadır”.

Bu barədə ARDNF-dan ANN.Az-a bildirilib. 

"Bu məsələ ilə əlaqədar SOFAZ tərəfindən dəfələrlə müxtəlif açıqlamalar verilsə də, KİV-lər tərəfindən bu tip fikirlər Neft Fondu ilə dəqiqləşdirilmədən və Fondun müvafiq izahatı olmadan yayılmaqdadır.

Bildiyiniz kimi, Neft Fondunun investisiya portfeli ABŞ dolları, avro, ingilis funt sterlinqi və digər valyutalarda ifadə olunan aktivlərdən təşkil olunmuşdur.

Bu investisiyaların həyata keçirilməsində müvafiq valyutalar sadəcə vasitədir, yəni onların bir-birinə qarşı və yaxud da ABŞ dollarına qarşı məzənnə dəyişkənliyi Fondun vəsaitlərinin alıcılıq qabiliyyətinə təsir etmir, yəni bu gün 1 avronun Avrozona ölkələrində və yaxud da 1 Yaponiya yeninin Yaponiyada dəyəri, habelə alıcılıq qabiliyyəti valyuta fərqləri əsasında formalaşmır. Fondun investisiya portfelinin dəyərinin ABŞ dolları ilə ifadə edilməsi sadəcə olaraq ümumiləşdirilmiş göstəricidir.

Bu gün "zərər”, "itki” kimi ifadəli başlıqlarla KİV-də yer alan xəbərlərdə sadəcə olaraq Fondun vəsaitlərinin ABŞ dolları ifadəsində müvafiq dövr ərzində qısamüddətli məzənnə dəyişkənliyindən əmələ gələn fərq başa düşülür. SOFAZ bu kimi dəyişkənlikdən heç bir zərər realizə etmir və vəsaitlərin həcmində heç bir itki baş vermir. 

Bir daha vurğulamaq yerinə düşərdi ki, hal-hazırda KİV-də də qeyd edildiyi kimi, digər valyutalara qarşı möhkəmlənməkdə olan ABŞ dolları Fondun investisiya portfelinin valyuta tərkibinin bir hissəsidir və onun payı 50%-dir.  

Yuxarıda qeyd edilənləri nəzərə alaraq və ictimaiyyəti doğru şəkildə məlumatlandırmaq məqsədilə Dövlət Neft Fondunun fəaliyyətinə dair bütün məlumatların Fond ilə dəqiqləşdirilməsini xahiş edirik”, - deyə Fondun açıqlamasında qeyd olunub. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol