• $
  • €
  • ₽
  • ₺
  • £

“Azəri-Çıraq-Günəşli ətrafında güclü zəlzələ ocaqları var” - Qurban Yetirmişli

“Azəri-Çıraq-Günəşli ətrafında güclü zəlzələ ocaqları var” - Qurban Yetirmişli
05.11.2016 21:15
"Azəri-Çıraq-Günəşli yataqlar bloku ətrafında güclü zəlzələ ocaqları var, həmin yerlər Xəzər dənizində ən aktiv bölgələrdir”.

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib.

"Orada zəlzələ olub və yenə də olacaq”, - deyə Q. Yetirmişli qeyd edib.

"Günəşli”, "Ümid” və "Bahar” yataqları ətrafında, platformaların üstündə dənizdibi stansiyalar nə zaman quraşdırılacaq?” sualına cavab olaraq direktor bildirib ki, həmin stansiyalar alınıb, lakin quraşdırılmayıb: "Bu mənada bizim maliyyə cəhətdən çətinliyimiz var. Aidiyyəti qurumlara dəfələrlə müraciət etmişik. Hətta stansiyalar alınıb, gətirilib, 3 ilə yaxındır bizim təşkilatın anbarındadır”.

Qeyd edək ki, noyabrın 4-ü təxminən saat 23:00 radələrində Xəzər dənizində baş vermiş zəlzələ nəticəsində "Günəşli” yatağında qəzaya məruz qalmış 10 saylı dərin dəniz özülündə silkələnmə müşahidə edilib, döşəmədəki dəmir lövhələrin bir neçəsində qaynaqdan qopmalar olub.

Xatırladaq ki, dəniz dibi stansiyasında olan məlumatların quruda olan stansiyalar kimi birbaşa peykdən mərkəzə ötürülmə imkanları mövcuddur. Stansiyalar dənizin dibində gedən bütün proseslər, Xəzərin seysmikliyinin qiymətləndirilməsi, geodinamik proseslərin müəyyənləşdirilməsi üçün böyük əhəmiyyət kəsb edir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol