Əmanətlərdə dollarlaşma dərəcəsi artıb - Azərbaycanda

Azərbaycanda əhalinin bank əmanətlərinin strukturuna görə dollarlaşma dərəcəsi oktyabr ayının 1-nə 81,75% təşkil edib. Keçən ay bu göstərici 81,6% olub. İlin əvvəlində əmanətlərdə dollarlaşma 85%, keçən ilin analoji dövründə isə 75,7% təşkil edib.
"Report"un Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, cəmi depozit bazasında oktyabrının 1-nə dollarlaşma dərəcəsi 78,64% olub. Keçən ay bu göstərici 81,04% , ilin əvvəlində 81,6%, 2015-ci ilin analoji dövründə isə 75,41% təşkil edib.
Kreditlərin strukturunda isə bu il oktyabrın 1-nə dollarlaşma dərəcəsi 47,29%, sentyabrın 1-nə 48%, ilin əvvəlində 49,4%, ötən ilin analoji dövründə 44,11% olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























