"Twitter"də yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA

""Twitter"də yaranan problem mikrobloqlar şəbəkəsinin Azərbaycan seqmenti ilə əlaqəli deyil".
ANN.Az xəbər verir ki, bu barədə Rabitə və Yüksək Texnologiyalar Naziriyinin yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, bu gün səhər saatlarında Bakı vaxtı ilə, 10:07 radələrində "Twitter" mikrobloqlar şəbəkəsində qeydə alınan nasazlıq Azərbaycan seqmenti ilə əlaqəli deyil:
"Sosial şəbəkədə yaranan nasazlıq qlobal xarakter daşıyıb və dünyanın bir çox ölkələrini əhatə edib. www.twitter.com saytında qeydə alınan texniki fasilə ilə bağlı ayrı-ayrı ölkələrin istifadəçiləri tərəfindən yaradılmış "hashtag"lar top trend olub.
"Twitter"in istifadəçiləri sosial şəbəkənin işində kəsinti olduğu haqda məlumatları paylaşmaqda davam edir.
Məlumata görə, istifadəçilər mikrobloqlar xidmətinin heç bir səhifəsini aça bilmirlər”.
Qeyd edək ki, saat 10:15-dən etibarən xidmət yenidən əlçatan olub. "Twitter" rəhbərliyi bu barədə hələ ki heç bir məlumat verməyib.
Kamil ƏMİRLİ
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























