• $
  • €
  • ₽
  • ₺
  • £

Tikintilərlə bağlı yeni tələblər - Onların icrası nəyi dəyişəcək?

Tikintilərlə bağlı yeni tələblər - Onların icrası nəyi dəyişəcək?
08.11.2016 13:43
Xəbər verdiyimiz kimi, Azərbaycanda tikinti obyektlərinə dair yeni tələb müəyyən edilir. 

Bu barədə məsələ Şəhərsalma və Tikinti Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Milli Məclisdə təklif edilən maddəyə əsasən, tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazilərdəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam və dürüst əks olunmalı, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır.

Bu dəyişikliklər tikinti sektorunun fəaliyyətinə necə təsir edə bilər?

Milli.Az xəbər verir ki, bununla bağlı daşınmaz əmlak bazarı üzrə ekspert, iqtisadçı Rəşad Əliyev bildirib ki, əgər dəyişiklik qəbul edilsə, tikintini aparan fiziki və ya hüquqi şəxslər bunu yalnız böyük layihələrdə icra edə biləcəklər:

"Dəyişikliklərə əsasən, bundan sonra bina tikənlər tikintinin layihələndirilməsi zamanı həmin sahədə layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatları tam və dürüst əks etdirməlidirlər. Bundan əlavə, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır.

Tikinti işi ilə məşğul şirkətlər bunu ancaq iri layihələrdə edə bilərlər. Məsələn, əgər şirkət böyük ərazidə tikinti işləri aparırsa, həmin sahədə yaşıllıq normasına riayət etməli olacaq və bu onlar üçün mümkündür. Belə sahələrdə onlar tikintinin sıxlığını aşağı salmalı olacaqlar. Torpaq sahələrinin qiymətlərinin aşağı olduğu ərazilərdə bu, tikintinin maya dəyərinə cüzi təsir edəcək. Bahalı ərazilərdə isə bu, problemlər yarada bilər, çünki həmin ərazilərdə torpağın dəyəri maya dəyərində əhəmiyyətli xüsusi çəkiyə malikdir".

Ekspertin fikrincə, kiçik ərazilərdə yaşıllıqla bağlı tələbi yerinə yetirmək çətin olacaq: "Əgər şirkət tikintini balaca ərazidə aparırsa və orada 1-2 bina tikilirsə, bu halda bunu necə nəzərə alacaq? Çünki elə sahələrdə yer azlığından binanın özünü "böyük zəhmətlə" oraya sığışdırmağa çalışırlar və elə bir ərazidə yaşıllaşdırmadan heç söhbət gedə bilməz. Onda sual olunur, əgər binanın tikintisi ərazinin yaşıllaşdırma normasına ziddirsə, onun tikintisinə icazə verilməyəcəkmi?"

Hər halda R.Əliyev hesab edir ki, gecikmiş olsa da, bu dəyişikliklərin edilməsi müsbət haldır: "Ancaq bunun tətbiq mexanizmləri bir çox hallarda olduqca çətin olacaq. Və ən mühüm məsələ: Buna riayət edən olacaqmı?"

Qeyd edək ki, adı çəkilən dəyişikliyin noyabrın 11-də Milli Məclisin plenar iclasında müzakirə ediləcəyi gözlənilir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol