Yeni bazarlar yaradılacaq - Azərbaycanda

"Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC Azərbaycanda topdansatış və pərakəndə satış bazarları açmağı planlaşdırır.
Bu barədə şirkətin nümayəndəsi Xaliq Məmmədov bildirib.
X.Məmmədov deyib: "Əsasnaməmiz bizə topdan və pərakəndə satış bazarlarını yaratmağa icazə verir. Biz bu imkandan istifadə edərək iri şəhərlərdə bazarlar açmaq və əhaliyə daha ucuz qiymətə məhsul təqdim etməyi planlaşdırırıq. Bu, əsasən mövsümi və tez xarab olan məhsullara aiddir”.
X.Məmmədov bu cür bazarların təşkil olunmasında Kənd Təsərrüfatı Nazirliyinin təcrübəsindən yararlanacaqlarını qeyd edib. //Trend
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























