• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şəxslərin maaşları artırıldı - Azərbaycanda

Bu şəxslərin maaşları artırıldı - Azərbaycanda
09.11.2016 08:24
Nazirlər Kabineti  " Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının, Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala, Şamaxı müalicə diaqnostika mərkəzlərinin və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin Gəncə Müalicə Diaqnostika Mərkəzinin fəaliyyətinin tənzimlənməsi haqqında" qərarında dəyişikliklər edib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, dəyişikliyə əsasən bu tibb müəssisələrində çalışan həkimlərin aylıq tarif (vəzifə) maaşları artırılıb.

Bundan sonra bu tibb müəssisələrində həkimlərin maaşları Nazirlər Kabinetinin 2011-ci il 13 dekabr tarixli 203 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli"nə deyil, Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli 106 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli"nə uyğun olaraq ödəniləcək.
 
Vahid Tarif Cədvəli əsasən əməyin ödənilməsinin 19 dərəcəsi var və əməyin ödənilməsinin dərəcəsi artdıqca müvafiq olaraq aylıq vəzifə maaşları artır. Yəni əməyin ödənilməsinin I dərəcəsi üçün ən az, əməyin ödənilməsinin XIX dərəcəsi üçün ən yüksək aylıq vəzifə maaşı müəyyən edilir. Beləliklə, indiyə qədər əməyin ödənilməsinin I dərəcəsi üçün həkimlərin aylıq vəzifə maaşları 93,5 manat, əməyin ödənilməsinin XIX dərəcəsi üçün 644 manat olub. Dəyişikliyə əsasən isə bundan sonra əməyin ödənilməsinin I dərəcəsi üçün həkimlərin aylıq vəzifə maaşları 116 manat, əməyin ödənilməsinin XIX dərəcəsi üçün 750 manat olacaq.
 
Nazirlər Kabinetinin qərarına əsasən Siyəzən Müalicə Diaqnostika Mərkəzi də bu siyahıya daxil edilib. Bu tibb müəssisəsində çalışan həkimlərinin maaşları da eyni prinsiplə ödənəcək.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol