"Twitter" bu xidmətini satır

"Twitter” şirkəti "Vine” video əlavəsini bağlamaq qərarından daşınıb.
İKT.lent.az-ın "TechCrunch”a istinadən verdiyi xəbərə görə, şirkət satış barədə xeyli təklif alıb. Hazırda bu təkliflər nəzərdən keçirilir.
"Vine” xidmətini almaq üçün "Twitter”ə müraciət edənlər arasında Asiya şirkətləri də var. Onlardan birinin "Line” olduğu bildirilir. Təklif verənlərin siyahısı açıqlanmasa da, potensial alıcılardan biri xidmət üçün 10 milyon dollar təklif edib.
Xatırladaq ki, maliyyə çətinlikləri ilə əlaqədar "Twitter”in yaxın aylarda "Vine” mobil əlavəsini bağlayacağı haqda xəbərlər yayılmışdı.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























