• $
  • €
  • ₽
  • ₺
  • £

"Problemin səbəbi ödəniş edilməməsidir" - RƏSMİ AÇIQLAMA

"Problemin səbəbi ödəniş edilməməsidir" - RƏSMİ AÇIQLAMA
09.11.2016 17:29
Son 2 gündə "Bakinternet”in bəzi abunəçilərinin internet təchizatında problem yaranıb. Onlar son günlərdə internetin kəsilməsindən şikayətlənib.
 
ANN.Az xəbər verir ki, "APA-Economics”in sorğusuna cavab olaraq Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) baş direktorunun müşaviri Ramil Muxtarzadə bəzi abunəçilərin üzləşdiyi problemin səbəblərinə aydınlıq gətirib. O bildirib ki, internetin verilişində yaranan problem BTRİB-in öncədən ödəmə sisteminə keçməsi ilə bağlıdır.
 
R.Muxtarzadənin sözlərinə görə, indiyə kimi əhalidən internet xidmətinə görə ödəniş əvvəlcədən tələb edilmirdi və bu da əsasən yay mövsümündən sonra əhalinin həddindən artıq borclanmasına səbəb olurdu.
 
"Düzdür, abunə müqaviləsində qeyd olunub ki, əgər xidmət dayandırılırsa, bununla bağlı  provayderə abunəçi tərəfindən yazılı məlumat verməlidir. Beləliklə də, abunəçi istifadə etmədiyi dövrdə provayder tərəfindən xidmətin verilməsi dayandırılmalıdır. Amma bir sıra hallarda abunəçi yazılı müraciət etmədiyi üçün xidmətin verilişi davam edirdi. Məzuniyyət mövsümü bitdikdən sonra vətəndaş evinə qayıtdıqda artıq 50-60 manat borclandığı xəbərini alırdı, bu da onun narazılıqlara səbəb olurdu”, - deyə R.Muxtarzadə qeyd edib.
 
BTRİB müşaviri əlavə edib ki, bu hal onlar üçün də çətin qaytarılan debütor borcların yaranmasına gətirib çıxarırdı:
 
"Bütün bu müzakirələrdən sonra və dünya praktikasına nəzər salaraq biz internet və multimediya xidmətləri üçün öncədən ödəmə sisteminə keçməyi qərar verdik. Bununla bağlı media vasitəsilə, SMS bildirişlər yolu ilə, eyni zamanda avtomatik anonslar vasitəsilə əhali məlumatlandırılıb. Beləliklə, 1 sentyabrdan öncədən ödəmə sisteminə keçid olub, 6 sentyabrdan xidmətin verilişi BTRİB tərəfindən dayandırılmalı idi, lakin biz daxildə müzakirələr apardıq. Bu tarixin yay mövsümündən dərhal sonraya düşməsini, vətəndaşların bir çoxunun məzuniyyətdə olmasını nəzərə alaraq xidmətin dayandırılmasının tətbiqini 2 ay ləngitdik. Sentyabr-oktyabr ayları ərzində 450 min abunəçiyə SMS bildirişlər göndərilib, bütün borclu abunəçilərə avtomatik anonslar edilib. Artıq noyabrın 7-dən öncədən ödəmənin tətbiqinə başlanılıb”.
 
R.Muxtarzadə vurğulayıb ki, ölkədə fəaliyyət göstərən provayder-operatorlarda gözləmə müddəti yoxdur.
 
"Amma bizdə 5 gün vaxt verilir. Həmin müddətdə avtomatik anonslar, SMS bildirişlər göndərilir və həmçinin həmin 5 gün ərzində ödəniş etməyən abunəçilərə xidmət verilişi davam edir. Lakin 5 gün sonra xidmət verilişi dayandırlır”, - deyə R.Muxtarzadə qeyd edib.
 
R.Muxtarzadə həmçinin bildirib ki, hər cari ayın 5-nə kimi həmin ayın xidmət haqqının ödənişi olmalıdır:
 
"Biz hal-hazırda bir çox ödəniş qaydaları təqdim edirik. BTRİB-in telefon qovşaqlarında, "Azərpoçt”un bütün şöbələrində, 37 bank, onlayn ödəmə sistemləri, eyni zamanda ödəniş etmə imkanı var. Vətəndaş istər şənbə, bazar, istərsə də bayram günlərində ödəniş etməsində heç bir maneə yoxdur”.
 
BTRİB müşaviri əlavə edib ki, hal-hazırda hansısa abunəçinin internetinin olmasının səbəbi infrastruktur ilə bağlı deyil:
 
"Bu, yalnız laqeydlik göstərib, ödəniş etməyən abunəçilərin xəttində yaranan problemdir”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol