• $
  • €
  • ₽
  • ₺
  • £

"Baku Business Factory"də Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi ilə görüş keçirilib

"Baku Business Factory"də Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi ilə görüş keçirilib
10.11.2016 17:42
Bu gün "Baku Business Factory”nin (BBF) ofisində Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi ilə görüş keçirilib.

ANN.Az Report-a istinadən xəbər verir ki, Almaniyanın Azərbaycandakı səfirliyinin İqtisadiyyat və Mədəniyyət Məsələləri üzrə attaşesi Hayke Mökel ilə görüşdə "Baku Business Factory”nin idarə heyətinin üzvü Anar Əskərov və şirkətin layihələr üzrə meneceri Rəşad Məmmədov iştirak ediblər.

Görüş zamanı diplomatik nümayəndəliyin üzvünə gənc iş adamı Anar Əlizadənin təsis etdiyi BBF şirkəti, onun məqsəd və gələcək planları barədə məlumat verilib.

Almaniya şirkətləri ilə BBF-də olan və müraciət edən "start up”larla əlaqələrin inkişaf etdirilməsi müzakirə olunub. Görüşdə gənclərin "start up” layihələrinin beynəlxalq əlaqələrinin inkişafına dəstəyin vacibliyi vurğulanıb. Bu istiqamətdə Almaniya şirkətləri ilə Azərbaycanda əsası qoyulan "start up” layihələrin əlaqələndirilməsi məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

 
 
Görüşdə Azərbaycanda BBF-in tərkibində olan "start up”ların fəaliyyət istiqamətləri və perspektivləri müzakirə olunub.

BBF-in dəstək göstərdiyi xalis bal satışı ilə məşğul olan "MR BEE” brendinin rəhbəri Cavid Kərimov şirkətin gələcək planları haqqında məlumat verib və məhsullarının satışını yerli bazarda möhkəmləndirməklə yanaşı, xarici bazarlara ixrac istiqamətində də işlər gördüklərini qeyd edib.

Xatırladaq ki, "Baku Business Factory” azərbaycanlı iş adamı, "Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol