“CinemaPlus” “Dövlət Bayrağı günü”nü qeyri-adi qeyd etdi

Noyabrın 9-da "CinemaPlus” kinoteatrlar şəbəkəsi Azərbaycan Respublikasının Dövlət Bayrağı gününü qeyri adi qeyd edib.
Kinoteatrın işçiləri milli geyimdə bayraqlar ilə milli melodiyaların nağarada ifa edən müsiqiçilərin müşayiəti altında kinoteatrların foyelərində və 28 Mall və Ganjlik Mall-da gəziblər. Qonaqlar və tamaşaçılar böyük məmnuniyyətlə bu yürüşə qoşulublar, xatirə şəkiləri və selfi çəkdiriblər.
Möhtəşəm yürüş Dövlət Bayrağı meydanında Azərbaycan bayrağını simvolizə edən göy, qırmızı və yaşıl şarların göyə buraxılması ilə bitmişdir.
"CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























