• $
  • €
  • ₽
  • ₺
  • £

"WhatsApp"-dan təhlükəsizliklə bağlı SƏRT ADDIM

"WhatsApp"-dan təhlükəsizliklə bağlı SƏRT ADDIM
11.11.2016 11:07
WhatsApp iki addımlı sərt təhlükəsizlik sistemini təqdim etməyə hazırlaşır.

Ən sonuncu beta versiya bu funksiyanı özü ilə gətirir və digər istifadəçilər üçün də qısa zamanda aktivləşdiriləcək.

Qısaca olaraq, bu funksiya WhatsApp proqramını quraşdırarkən əlavə mərhələ olaraq 6 rəqəmli şifrə yazmağınızı tələb edir. Normalda WhatsApp quraşdırarkən nömrəni təsdiq etmək üçün mətn mesajı alırıq. Amma yeni funksiya telefonun həqiqətən sizə məxsus olduğunu aydınlaşdırmağa kömək edir.
İki addımlı qoruma sistemini aktivləşdirmək üçün "Tənzimləmələr” bölməsində "Hesab”a daxil oluruq və buradan prosesi başlatmaq üçün "Two-step verification”(İki-addımlı təsdiqləmə) variantını seçirik.
Buna baxmayaraq WhatsApp’ın sənədlərinə görə bəzi xəbərdarlıqlar var:
 


Əgər iki-addımlı təsdiqləmə sistemi aktivləşdirilibsə, sizin nömrəniz proqramdan istifadə tarixindən 7 gün ərzində təsdiqləmə şifrəsi olmadan yenidən təsdiq oluna bilməz. Hətta, siz şəxsi kodunuzu unutduğunuz və iki-addımlı təsdiqləmə funksiyasını deaktiv etmək üçün heç bir email təmin etmədiyiniz halda 7 gün ərzində nömrənizi təsdiq edə bilməzsiniz və WhatsApp`dan istifadə etmək mümkün olmayacaq.
7 gündən sonra WhatsApp nömrənizi yenidən şifrəsiz təsdiqləməyə icazə verəcək, amma bu zaman sizi gözləyən bütün yeni mesajlar, o cümlədən, bütün söhbət çatları silinəcək. Əgər sizin nömrəniz proqramdan istifadədən 30 gün sonra yenidən şifrəsiz təsdiq olunarsa, bu zaman proses zamanı hesabınız WhatsApp`dan silinəcək və yenidən yaradılacaq.

Bunların qarşısını almaq üçün funksiyanı aktivləşdirərkən email daxil etməyiniz məsləhətlidir. Bu ona görə vacibdir ki, yeni telefon aldığınızda və ya proqramı silib yenidən yazdıqca çətinlik yaşamayasınız. Və əmin olun ki, daxil etdiyiniz məlumatlar doğrudur. Çünki WhatsApp emailinizi daxil etdikdən sonra onu təsdiqləmək üçün sizə heç bir şey göndərməyəcək. Buna da səbəb olaraq, insanları narahat etmək istəmədikləri göstərilir.

Yuxarıda qeyd etdiyimiz kimi, hal hazırda funksiya Beta istifadəçilər üçün aktivdir. Yaxın müddətdə bütün istifadəçilər üçün də aktivləşdirilməsi gözlənilir. //Technote.az

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol