• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzərdə iki iri liman tikiləcək

Xəzərdə iki iri liman tikiləcək
12.11.2016 18:18
Xəzər nəqliyyat-logistika kompleksinin yaradılması Layihəsinin həyata keçirilməsi Mahaçqala (Dağıstan, Rusiya) dəniz ticarət limanının dövriyyəsini 5-6 dəfə artırmağa imkan verəcək.
 
"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Dağıstanın rəhbəri Ramazan Abdulatipov yerli mətbuata danışıb.

"Bu gün Mahaçqala dəniz limanının dövriyyəsi 1,5-2 mln. ton təşkil edir. Ticarət dövriyyəsini illik 10-12 mln. tona qədər artırmaq imkanına malikik. Ona görə, bu limanın yenidən qurulması, habelə yeni dəniz limanının tikintisini qarşıya vəzifə kimi qoymuşuq", - deyə Dağıstanın rəhbəri bildirib.

Onun sözlərinə görə, 127 mlrd. rubl dəyərində olan bu layihə (Xəzər Nəqliyyat-Logistika və Dəniz Sənaye Kompleksi) ölkə başçısı Vladimir Putinə təqdim edilib:
 
"Bura gəmiqayırma zavodu, gəmi təmiri zavodu, biodəniz texnologiyaları zavodunun inşası, Xəzərdə kadr mərkəzinin yaradılması və hərbçilərin artıq bu istiqamətdə çalışdıqları yeni hərbi-dəniz bazası daxildir".

R.Abdulatipov, həmçinin əlavə edib ki, ilkin hesablamalara görə, Xəzərdə təkcə kilkə ovu sayəsində respublika ildə 2,5 mlrd. rubl həcmində əlavə gəlir əldə edə bilər. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol