"Facebook"-dan "Snapchat"-a RƏQİB PROQRAM

"Facebook" "Snapchat"-dan əl çəkmək niyyətində deyil. Bu dəfə də oxşar tətbiq olan Flash-I təqdim etdi.
"Snapchat" qarşısında "Facebook Poke" və 2Slingshot kimi tətbiqlərlə bir şey əldə edə bilməyən "Facebook" bu dəfə də "Flash" tətbiqi ilə şansını sınayır.
"Facebook"-un "Snapchat"-a qarşı təzyiqləri bitmək tükənmək bilmir. Bu dəfə də "Facebook" "Snapchat"-la bənzər xüsusiyyətləri daşıyan bir başqa mobil tətbiq olan "Flash"-ı sınaqdan keçirir.
"Facebook"-dan ayrı istifadə üçün təqdim olunan "Flash" tətbiqi istifadəçilərə "Snapchat"-da olduğu kimi müxtəlif filtrlər və maskalar ilə foto və video çəkmə imkanı verir. "Snapchat"-da ən çox istifadə olunan İt filtri də "Flash"-də yer almış kimi görünür.
Bundan əlavə, "Snapchat"-i kölgədə qoymaq istəyən "Facebook"-un yeni tətbiqinin əsas xüsusiyyətlərindən biri də, onun daha az yer tutmasıdır. Belə ki, bu tətbiq "Snapchat"-dan fərqli olaraq, 25 MB yer tutur. Halbuki, "Snapchat"-da bu sahə 75 MB təşkil edir. "Flash"-ın "Snapchat"-la ortaq xüsusiyyətlərini və az sahə tutmasını nəzərə alsaq, bir çox istifadəçilər tərəfindən istifadə olunacağını demək mümkündür. Amma digər tərəfdən "Flash" "Snapchat"-la müqayisədə daha zəif tətbiq hesab olunur. //Technote.az
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























