• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda "qatar turizmi"nin inkişaf etdirilməsi təklif edilir

Azərbaycanda "qatar turizmi"nin inkişaf etdirilməsi təklif edilir
14.11.2016 09:24
Azərbaycanda "İpək yolu" turizm marşrutu üzrə "qatar turizmi"nin inkişaf etdirilməsi təklif edilir.

Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov Trend-ə deyib ki, bu vasitə ilə "İpək yolu" üzərində yerləşən ölkələrdən Azərbaycana turist cəlb etmək olar.

Azərbaycanda qatar vasitəsilə turizmin hələ sovet dövründə mövcud olduğunu deyən M.Ağakərimov qeyd edib ki, qatar həm çox sayda turist daşıya bildiyindən, həm də turistlərə müxtəlif yerlərə ekskursiya imkanı verdiyindən onu ölkəmizdə inkişaf etdirmək sərfəlidir.

M.Ağakərimov hesab edir ki, Bakı-Tbilisi-Qars və Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu açıldıqdan sonra Azərbaycanda "qatar turizmi"ni inkişaf etdirmək olar.

Onun fikrincə, "İpək yolu" üzərində yerləşən Çin, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, İran və Azərbaycan turist cəlb etmək üçün birgə marşrutlar hazırlamalıdır: "Bu yol Çindən başlayıb, Türkiyədə başa çatır. "Ipək Yolu" üzrə bir neçə marşrut var. Onların bəziləri İrandan, bəziləri Orta Asiya - Qırğızıstan, Qazaxıstan, Özbəkistandan keçir. Buna görə də "İpək Yolu" üzrə bir deyil, bir neçə turizm proqramı tərtib oluna bilər. Marşrut istiqamətlərinə Rusiya da daxil ola bilər".

M.Ağakərimov qeyd edib ki, "İpək yolu" üzərində yerləşən ölkələrdən Azərbaycana turist cəlb etmək üçün həmin ölkədən gələcək turistlərin maraqları, istəkləri öyrənilməli, bunun əsasında da proqramlar hazırlanmalı və həyata keçirilməlidir.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol