Mərkəzi Bank 52 milyon manat vəsait cəlb etdi
Depozit hərracı nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,98% olub.
Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib.
Bu barədə Oxu.Az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Məlumata əsasən, hərracda 50 milyon manatın cəlb edilməsi nəzərdə tutulsa da, tələb 52 milyon manat təşkil edib.
Hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,98% olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























