Rusiyada iqtisadi geriləmə zəifləyir

Rusiya iqtisadiyyatındakı azalma 2016-cı ilin III rübündə illik müqayisədə 0,4% təşkil edib.
"Report"un "Kommersant" saytına istinadən xəbər verir ki, bu barədə açıqlama Rusiya Statistika Komitəsi tərəfindən verilib.
Qeyd edək ki, Komitənin göstəriciləri daha öncə İqtisadi İnkişaf Nazirliyi (İİN) tərəfindən açıqlanan rəqəmlərlə üst-üstə düşüb. Rusiya ÜDM-i 2016-cı ilin ilk rübündə 1,2%, II rübdə isə 0,6% azalma göstərib.
Xatırladaq ki, İİN Rusiya iqtisadiyyatının IV rübdə artım göstərəcəyini proqnozlaşdırır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























