• $
  • €
  • ₽
  • ₺
  • £

Nabiullina: "Rusiyanı 3 mürəkkəb il gözləyir"

Nabiullina: "Rusiyanı 3 mürəkkəb il gözləyir"
15.11.2016 16:23
Yaxın 3 ildə daxili və xarici şərtlər Rusiya iqtisadiyyatı üçün mürəkkəb qalmaqda davam edəcək.
 
"Report"un "Vestifinance" saytına istinadən verdiyi xəbərə görə, bunu Rusiya Bankının (RMB, Mərkəzi Bank) rəhbəri Elvira Nabiullina bildirib. Baş bankir qeyd edib ki, əgər hökumət iqtisadiyyatda srtruktur islahatları aparmasa, mümkün ÜDM artımı 2%-dən aşağı olacaq.

E.Nabiullinanın sözlərinə görə, iqtisadiyyatın canlanması 2008-2009-ci illərin maliyyə böhranından fərqli olaraq daha uzun müddətə yayıla bilər. Bununla bərabər, MB 2017-ci ildə Rusiya iqtisadiyyatının az da olsa artacağını proqnozlaşdırır.

"Mərkəzi Bankın proqnozlarına görə, yaxın 3 ildə neftin qiyməti 40 dollar/barel səviyyəsində qalacaq. Amma onun 25 dollar/barelə qədər enmə ehtimalı da var. RMB bu ehtimalın az olduğunu bildirsə də, bunu həmişə ehtiyatda saxlayır", - deyə E.Nabiullina bildirib. Belə bir ssenari həyata keçərsə 2017-2018-ci ildə iqtisadi durğunluq davam edəcək. Lazım gələrsə MB maliyyə sabitliyinin qorunması məqsədi ilə valyuta intervensiyaları həyata keçirəcək.

Baş bankir Rusiyaya qarşı tətbiq olunan sanksiyaların davam edəcəyini və dünya iqtisadiyyatının yavaş artım göstərəcəyini proqnozlaşdırdıqlarını qeyd edib. O, 2016-cı ildə Rusiyadan kapital axınının 20 mlrd. ABŞ dollarından az olacağını söyləyib.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol