• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR: Yeraltı anbarlarda 3 mlrd. kubmetrədək aktiv qaz var

SOCAR: Yeraltı anbarlarda 3 mlrd. kubmetrədək aktiv qaz var
15.11.2016 20:33
Azərbaycanda yeraltı qaz anbarları payız-qış mövsümünə tam hazırdır.
 
SOCAR-ın "Azneft" İstehsalat Birliyindən "APA-Economics"ə verilən məlumata görə, yeraltı qaz anbarlarına qazvurma mövsümü bu ilin aprel ayında başlayıb və "Azneft"in Qaz Anbarlarının İstismarı İdarəsi tərəfindən istismar edilən "Qaradağ" və "Qalmaz" yeraltı qaz anbarlarına təbii qazın vurulması noyabr ayında uğurla başa çatdırılıb.

Qazvurma mövsümü ərzində anbarlara ümumilikdə 1 mlrd. 987 mln. kubmetr qaz vurulub. Keçən ildən qalan qalıq qazla birlikdə yeraltı qaz anbarlarındakı aktiv qazın miqdarı 2 mlrd. 871 mln. kubmetr təşkil edib. Bu ölkənin payız-qış mövsümündə təbii qaza olan tələbatının təmin edilməsi istiqamətində əldə olunmuş yüksək göstəricidir.
 
Bu il ölkə ərazisində qış mövsümünün daha tez başlaması və respublika əhalisinin qaza olan tələbatının artmasını nəzərə alaraq, Qaz Anbarları İstismarı İdarəsində qazgötürmə mövsümünə daha tez başlanılıb.
 
Bununla bağlı olaraq bu ilin oktyabr ayının 24-dən qazgötürmə mövsümü başlanıb. 14.11.2016-cı il tarixinə olan məlumata əsasən, yeraltı qaz anbarlarından 185,6 mln. kubmetr qaz götürülərək təhvil verilib ki, bunun da 167,8 mln. kubmetri "Qaradağ”, 17,7 milyon kubmetri isə "Qalmaz” qaz anbarlarının payına düşüb. Hazırda anbarlardakı aktiv qazın həcmi 2 mln. 685 mln. kubmetr təşkil edir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol