• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Küveyt hökumətlərarası saziş imzaladı

Azərbaycan və Küveyt hökumətlərarası saziş imzaladı
16.11.2016 16:32
"Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov və Küveyt Mülki Aviasiya İdarəsinin baş direktoru Yusif Əl-Fuzan (Yousef Al-Fouzan) iki ölkə arasında hava əlaqəsi haqqında hökumətlərarası saziş imzaladılar.

Qeyd olunan sazişin imzalanması nəticəsində ölkələr arasında hava əlaqəsinin açılması üçün maneələr aradan qaldırıldı ki, bu da Azərbaycan və Küveyt arasında ikitərəfli iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etməsinə təkan verəcəkdir.

Mülki aviasiya ölkələr arasında millətlərarası mübadilənin təmin olunmasında mühüm rol oynayır və Azərbaycanla Küveyt arasında sərnişin daşımaları bazarının tələbatını ödəməyə hazırdır. Xüsusilə, Azərbaycanın Milli daşıyıcısı "Azərbaycan Hava Yolları” və yük daşıyıcısı "Silk Way Airlines” Küveyt şəhərlərinə birbaşa reyslərin açılması imkanlarını araşdırırlar. Eyni zamanda, Küveytin "Əl-Cəzirə" aviaşirkəti ölkəmizə birbaşa reyslər açmaq niyyətindədir.

Qeyd etmək istərdik ki, sazişin imzalanması cari il noyabrın 24-də Küveytdə Azərbaycanın turizm bazarının potensialının təqdimatı ərəfəsində həyata keçirilib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol