Bakıda evlər bahalaşacaq

"Bakıda daşınmaz əmlak bazarında ilin sonuna qədər 3% qiymət artımı müşahidə edilə bilər”.
Bu barədə ANN.Az-a "MBA Group" şirkətinin Baş direktoru, daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov məlumat verib.

Nüsrət İbrahimov - "MBA Group" şirkətinin Baş direktoru
Direktor bildirib ki, il ərzində mənzil bazarında qiymətlər 5 faizdən artıq bahalaşıb:
"Noyabr - dekabr aylarında qiymət artımının daha 3% artacağı gözlənilir. 2016-cı ildə həyət evlərinin qiymətində 5 faizə yaxın azaldığı müşahidə olunub. Bu tendensiya ilin sonuna qədər davam edəcək”.
"Daşınmaz əmlakın qiymət artımından fərqli olaraq, bu il kirayə mənzil bazarında bahalaşma müşahidə olunmayıb. Əksinə, il ərzində təxminən 4.9%-5% azalma olub. Kirayə mənzil bazarında qiymətlərin dəyişməməsi ilin axırına qədər davam edəcək”, - deyə Nüsrət İbrahimov əlavə edib".

Daşınmaz əmlak eksperti mənzil bazarında olan bahalaşmanı dolların məzənnəsinin güclənməsilə əlaqələndirib. Ekspert bildirib ki, manatın dollara nisbətən dəyər itirməsi mənzil bazarında qiymətlərin artmasına səbəb olur.
Qeyd edək ki, bu ilin II rübündə I rübü ilə müqayisədə mənzil bazarında qiymətlər 0,9%, o cümlədən, təkrar mənzil bazarında 0,9% ucuzlaşıb. İlkin mənzil bazarında isə 0,4% bahalaşma qeydə alınıb.
Orxan Aslanlı
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























