• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Belarusla saxta dərmanlara qarşı birgə mübarizə aparacaq

Azərbaycan Belarusla saxta dərmanlara qarşı birgə mübarizə aparacaq
16.11.2016 22:17
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi və Belarusun "Səhiyyə xidmətində ekspertiza və tədqiqatlar Mərkəzi” arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, memorandumun əsas predmeti dərman vasitələri, tibbi ləvazimat və tibbi texnikanın ekspertizası, onların keyfiyyətinə nəzarət, farmakonəzarət, elmi tədqiqatlar, dərman vasitələri və tibbi ləvazimatlar dövriyyəsinə dair məlumat mübadiləsi sahələrində əməkdaşlığı inkişaf etdirməkdir.

Memorandumda təcrübə mübadiləsi, eləcə də dərman vasitələri və tibbi ləvazimatların qeydiyyatı və dövriyyəsi sahələrində beynəlxalq standartların tətbiq edilməsinə dair tövsiyələrin hazırlanmasına dəstək, qabaqcıl təcrübə, metodika və praktika, tədqiqat materiallarının mübadiləsi, saxta məhsullara qarşı mübarizə üsulları, bu istiqamətdə informasiya mübadiləsi və s. bu kimi məsələlərdə əməkdaşlıq öz əksini tapıb.

Sənəd Minskdə təşkil olunmuş "Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində keyfiyyətli və ucuz antiretrovirus və vərəm əleyhinə preparatların əlçatan olmasının genişləndirilməsi üzrə Regional Konfrans”dan sonra keçirilən görüş zamanı imzalanıb. Ölkəmizi konfransda Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Suleymanov təmsil edib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol