• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan yaşayış minimumunu artırır

Azərbaycan yaşayış minimumunu artırır
17.11.2016 16:43
Azərbaycanda gələn ildən yaşayış minimumunun 155 manat olması təklif edilir. 

ANN.Az "Report”-a istinadən xəbər verir ki, bu, "2017-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində nəzərdə tutulub.

Xatırladaq ki, bu il üçün yaşayış minimumu 136 manatdır. Başqa sözlə, sözügedən göstərici 14% və yaxud 19 manat artırılır.

Layihədə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 12,7% və yaxud 18,5 manat artırılaraq 164,5 manata, pensiyaçılar üçün 13,2% və yaxud 15,2 manat artırılaraq 130,2 manata, uşaqlar üçün isə 16,8% və yaxud 19,6 manat artırılaraq 136,6 manata çatdırılıb.

Gələn il Azərbaycanda ehtiyac meyarının isə builki səviyyədə - 105 manat saxlanılması təklif edilir. Bu, "2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində nəzərdə tutulub.

Qeyd edək ki, 2017-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər artıq Milli Məclisə daxil olub.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol