Ucuz maşın hərracı – 1400 MANATDAN BAŞLAYIR

Xəbər veridiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dekabrın 13-də növbəti əmlak hərracı keçirəcək.
Komitədən fins.az-a verilən məlumata görə, həmin gün özəlləşməyə açılan səhmdar cəmiyyətləri və kiçik müəssisələrlə yanaşı ayrı-ayrı nazirliklərin mülkiyyətində olan 16 avtomobil də satışa çıxarılacaq.
Kənd təsərrüfatında istifadə edilən maşınların ilkin satış qiyməti 1400 manatdan başlayır. Siyahıda 1600, 1800 manata satılan maşınlar da var. Siyahıda ən bahalı maşın "Jeep Grand Cherokee”dir. 1997-ci ildə istehsal edilən avtomobilin ilkin satış qiyməti 5 573 manata satılır. Dövlət Neft Fondunun balansında olan həmin maşın 25% endirimlə təkrar hərraca çıxarılır
Hərracda iştirak etmək istəyən fiziki və ya hüquqi şəxslər həmin maşınların ilkin satış qiymətinin 10%-i məbləğində beh ödəməlidirlər.
Komitədən bildiriblər ki, Vergilər Nazirliyinin və Mərkəzi Bankın və Laçın rayon İcra Hakimiyyətinin balansında olan maşınlar 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır. Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının balansında olan nəqliyyat vasitəsi isə 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.
Sifarişlər ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq.
Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























