• $
  • €
  • ₽
  • ₺
  • £

İşsizlik artacaq - Ekspertdən HƏYƏCAN SİQNALI

İşsizlik artacaq - Ekspertdən HƏYƏCAN SİQNALI
29.05.2020 09:56
"Gələn il Azərbaycanda 33 rayona dotasiya ayrılmayacaq”.

ANN.Az xəbər verir ki, bunu Millət vəkili Vahid Əhmədov "Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı” adlı konfransda çıxış edərkən deyib. Deputat bu qərarın yeni büdcədə öz əksini tapdığını və bu vaxta qədər 6 rayona dotasiya verilmədiyini qeyd edib.

Yeni büdcə layihəsində müəyyən edilmiş rayonlara dotasiya ayrılmama (dotasiya - dövlət büdcəsindən digər səviyyəli büdcələrə onların gəlir və xərclərini tənzimləmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaitidir) məsələsinin ANN.Az-a iqtisadçı-ekspert Natiq Cəfərli şərh edib.
 

Natiq Cəfərli - iqtisadçı ekspert 

İqtisadçının sözlərinə görə, eyni vaxtda 33 rayonu dotasiyadan məhrum etmək düzgün deyil: 

"Rayonları dotasiyasız yaşamağa çoxdan hazırlamaq lazım idi. Lakin hazırki iqtisadi şərtlərə uyğun olaraq, regionların belə potesial imkanı yoxdur ki, öz-özünü maliyyələşdirə bilsin. Problemin iki həll yolu ola bilər. Birincisi, gələcəkdə vergilərin yerli büdcələrə daxil olması ilə bağlı əlavə qərar qəbul edilsin. Dünya praktikasında da var ki, ticarətdən gələn verginin bir hissəsi yerli, bələdiyyə və regional büdcələrə transfer olunur. Yəqin ki, belə bir qərar qəbul ediləcək. Başqa cür desək, regionların ayaqda qalmasına, özünü maliyyələşdirməsinə imkan yoxdur. İkincisi, bir müddət sonra qərarın dəyişdiyinin şahidi ola bilərik. Dotasiyaların verilməməsi bir çox problem yarada bilər. Bu səbəbdən, büdcədən rayonlara müxtəlif formada dotasiyalar ayrıla bilər”.

"Ehtimallardan biri isə odur ki, Bakıda qeydiyyatdan keçmiş iri şirkətlərin qeydiyyat ünvanı dəyişdirilib. Gələcəkdə həmin müəssisələr regionlarda akkreditə olunaraq vergilərin bir hissəsini orda ödəməklə rayona dəstək ola bilər. Məsələn, Şirvan şəhəri ilə bağlı keçən il belə bir hadisə olmuşdu. Orada bir neçə iri şirkətin qeydiyyatdan keçməsi rayonun büdcəsinin formalaşmasına, dotasiyadan çıxmasına şərait yaratdı. 33 rayonun birdən-birə dotasiyadan məhrum edilməsi çox ciddi sosial problem yarada bilər. Rayonların büdcədən maliyyələşməməsindən birbaşa əziyyət çəkən vətəndaşlar olacaqlar. Çünki rayonun büdcədən formalaşması az əmək haqqı hesabına olsa belə, bir neçə iş yerinin olması demək idi. Dotasiyanın verilməməsi, rayonun öz-özünü maliyyələşdirə bilməməsi bir çox problemlər kimi işsizliyin artmasına da səbəb olacaq”, - deyə ekspert əlavə edib.
 
Qeyd edək ki, 33 rayona dotasiya ayrılmama məsələsi 2017-ci ilin dövlət büdcəsi layihəsində öz əksini tapıb. 

Orxan Aslanlı


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol