BTRİB-ə yeni baş direktor təyin olundu

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə (BTRİB) yeni baş direktor təyin olunub.
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin müvafiq əmri ilə Rövşən Əliyev BTRİB-in baş direktoru vəzifəsinə təyin edilib.
Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən "Report"a daxil olan məlumatda bildirilib.
Qeyd edək ki, R.Əliyev bu ilin fevralın 5-ən İB-nin baş direktorunun müavini vəzifəsinə təyin olunub və baş direktor vəzifəsini müvəqqəti icra edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























