Azərbaycana 600 milyon dollar kredit ayrılır

Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) Direktorlar Şurası 2017-ci ilin mart ayında Trans-Anadolu boru kəməri layihəsinə 600 milyon dollar məbləğində kredit ayırmağı planlaşdırır.
Bu barədə Trend-ə bankdakı mənbə məlumat verib.
Bankdan verilən məlumata görə, bu kredit resursları "Cənub Qaz Dəhlizi” QSC-yə ayrılacaq.
Qeyd edək ki, TANAP-ın cari dəyəri 9,3 milyard dollardır. TANAP Azərbaycanın "Şahdəniz” yatağından qazın Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədinədək nəqlini nəzərdə tutur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























