• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın ən iri şirkətlərindən biri ÖZƏLLƏŞDİRİLİR

Azərbaycanın ən iri şirkətlərindən biri ÖZƏLLƏŞDİRİLİR
21.11.2016 10:27
"Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli 2198 nömrəli Sərəncamının icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi "Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edib.

Mövcud qanunvericiliyə uyğun olaraq aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət müsabiqə komissiyası investisiya müsabiqəsinin əsas şərtlərini müəyyən etmişdir. Şərtlər müəyyən edilərkən özəlləşdirmənin ölkənin strateji maraqlarına uyğun və daha səmərəli keçirilməsi üçün prosesə cəlb olunmuş məsləhətçi şirkətin tövsiyələri nəzərə alınmışdır. İnvestisiya müsabiqəsi ilə bağlı elan Komitənin rəsmi internet səhifəsi və Özəlləşdirmə portalında (privatization.az) yerləşdirilmiş, eləcə də "Respublika” qəzetinin 17 noyabr 2016-cı il tarixli, 254 (5705) nömrəli sayında dərc edilmişdir. Elanda səhmdar cəmiyyətinin maliyyə, iqtisadi və texniki göstəriciləri barədə ətraflı məlumatlar əks olunmuşdur.

Komissiyanın qərarına əsasən, "Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus 99,22 faiz səhmlərinin özəlləşdirilməsinə maraq göstərən iddiaçılar dövlət büdcəsinə 110 milyon manatdan az olmayan məbləğdə pul köçürməlidir. Eyni zamanda, ümumi həcmi 600 milyon ABŞ dollarının manatla ekvivalentindən az olmayan İnvestisiya Proqramı təqdim etməlidir. 1000 iş yerindən az olmayaraq yeni iş yerləri yaradılmalı, müəssisənin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, habelə əmək haqqı və ona bərabər tutulan borclarının ödənilməsi təmin edilməlidir. Bununla yanaşı, digər iqtisadi, sosial və ekoloji tələblər yerinə yetirilməlidir.

Qeyd edək ki, komitənin Özəlləşdirmə portalında adıçəkilən səhmdar cəmiyyəti ilə bağlı ətraflı mətn və foto məlumatlar əksini tapıb. Burada müəssisənin yaradılması, istehsal gücü, yerləşməsi, istehsal prosesi, özəlləşdirmədən sonra gözlənilən perspektivlər barədə ətraflı məlumatlarla tanış olmaq mümkündür.

Müsabiqə ilə bağlı elanda səhmdar cəmiyyətin hüquqi ünvanı, nizamnamə kapitalı, investisiya müsabiqəsində satışa çıxarılan səhmlərin sayı, əhatə etdiyi torpaq sahəsi və üzərindəki tikililərin xarakteristikası, işçilərin sayı, səhmdar cəmiyyətin öhdəlikləri və s. barədə məlumat verilib.

Qeyd olunduğu kimi, iddiaçılar 3 illik dövrü əhatə edən İnvestisiya Proqramı (biznes-plan) təqdim etməlidir. Bu Proqramda səhmdar cəmiyyətin fəaliyyəti ilə bağlı təkliflər verilməlidir. Bu təkliflər özündə yataqlardakı dəmir filizinin illik hasilatının həcmi (təhlükəsizlik və ekoloji standartlara riayət olunmaqla), yeni iş yerləri, büdcəyə köçürüləcək vəsait, müəssisədə aparılacaq yenidənqurma, tikinti, təmir-bərpa işləri barədə tədbirləri əks etdirməlidir. Şərtlərə əsasən yerli xammal bazasında rəqabət qabiliyyətli və əlavə dəyər yaradan, idxalı əvəz edən, ixrac yönümlü polad məhsulların istehsalı ölkə daxilində təşkil edilməlidir. İnvestisiya Proqramında xammaldan son məhsula qədər istehsal zəncirini əhatə edən klasterin qurulması ilə bağlı təkliflər də əksini tapmalıdır.

Müsabiqə qalibi alqı-satqı müqaviləsi bağlandıqdan sonra bir sıra öhdəlikləri yerinə yetirməlidir. Belə ki, dövlət büdcəsinə ödəmək üçün təklif etdiyi vəsaitin beh şəklində nəzərdə tutulmuş məbləğdən az olmayan hissəsini 30 dekabr 2016-cı il tarixinədək büdcəyə köçürməlidir. 60 təqvim günü müddətində səhmdar cəmiyyətinin əmək haqqı və ona bərabər tutulan borclar üzrə ödənişlərini həyata keçirməlidir. Səhmdar cəmiyyətinin dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına olan borclarının ödənilməsi təmin edilməlidir. Habelə, investisiya qoyuluşunu İnvestisiya Proqramında göstərilmiş istiqamət, məbləğ və mərhələlərə uyğun həcmdə həyata keçirməlidir.
Müsabiqə təkliflərinin qəbulunun son tarixi 19 dekabr 2016-cı il, təkliflərin qiymətləndirilməsinə başlanılması tarixi isə 20 dekabr 2016-cı il müəyyən edilmişdir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol