• $
  • €
  • ₽
  • ₺
  • £

Ekspertdən bahalaşma PROQNOZU: Qiymət yenə artacaq

Ekspertdən bahalaşma PROQNOZU: Qiymət yenə artacaq
21.11.2016 13:59
Azərbaycanda ətin qiyməti yenidən bahalaşıb. Belə ki, əvvəllər mal ətinin qiyməti 8-8.50 manat idisə, hazırda müxtəlif ərazilərdə 10 manata satış həyata keçirilir.

Ölkədə ətin qiymətinin tez-tez artmasının ANN.Az-a kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov şərh edib.
 

Vahid Məhərrəmov - ekspert

Ekspertin sözlərinə görə, ətin bahalaşamasının əsas səbəbi ölkədə yem bazasının yaradılmamasıdır: 

"Bu haqda bir neçə il öncə proqnoz vermişdim. Çox təəssüf ki, həmin proqnoz bu gün özünü doğruldur. Ətin bahalaşmasının səbəblərindən biri ölkədə yem bazasının yaradılmamasıdır. Azərbaycanda 2 milyon 700 baş iribuynuzlu mal-qara, 8 milyon 700 baş qoyun-quzu var. Bu qədər heyvanı saxlamaq üçün yemə ehtiyac var. Ölkədə kifayət qədər məhsuldarlığı, ümumi məhsulu artıra biləcək yem istehsal olunmur. Mövcud olan örüş sahələri, təbii biçənəklər əkinə verilir. Bu da çox ciddi problem yaradır. 100 min hektardan artıq ərazi (örüş sahəsi) demək olar, əkinə verilib. Həmin sahələrə kotan salınıb. Nəticədə, kəndlilər və fermerlər orada mal-qara, qoyun-quzu saxlaya bilmir. Otun az olması, örüş sahələrinin azalması heyvanları daha da zəiflədir. Ölüm hallarını artırır, xəstəliklər geniş yayılır və nəticədə, məhsuldarlıq aşağı düşür. Statistikaya baxsaq görərik ki, bu ilin 10 ayı ərzində ölkəyə idxal olunan ət məhsullarının miqdarı keçən ilin eyni dövrü ilə müqayisədə, 160%, süd məhsulları isə dəyər ifadəsində 60,8% artıb. Vaxtilə, xəbərdarlıq etmişdik ki, hökumət örüş sahələrini əkinə verməməlidir, ölkədə mövcud olan 1.6 mln. hektar əkin sahəsi var, ondan səmərəli istifadə olunmaldır. Biz həmin 1.6 mln. hektardan özümüzün ərzaq, xüsusən, bitkiçilik tələbatımızı tam ödəyə bilərik. Hökumət bu addımı reallaşdırmalı idi”.

"Digər tərəfdən, ölkədə şoranlaşmış, şorakətləşmiş eroziyaya, deqradasiyaya məruz qalmış torpaq əraziləri genişləndiyi halda, xam torpaqlara kotan salınması, şum qaldırılması barbarlıq kimi dəyərləndirilməlidir. Azərbaycanda torpaqqoruyucu texnologiyadan istifadə olunmadığı üçün örüş sahələrinin əkinə verilməsi indidən həmin torpaqların münbitliyinin itirilməsi, deqradasiyaya məruz qoyulması deməkdir. Yem bazasını artırmaqla mövcud olan az saylı örüş sahələrindən istifadə etməklə, heyvandarlıq sahəsinin yemə olan tələbatını ödəmək olar. Bu gün kəndilər bu problemdən çox əziyyət çəkirlər. Baha ot məhsulu əldə edən kəndli və fermerlər də məcbur qalıb ətin qiymətini qaldırırlar. Qonşu ölkələr olan Rusiya, İranda ətin qiymətində elə də artım yoxdu. Əksinə, qiymətlər daha ucuzdu. Məsələn, Dağıstanda ətin qiyməti bizim valyuta ilə müqayisə də 4-5 manat civarındadır. Bizdə isə hazırda, mal ətinin 1 kiloqramı 10 manatdır. Bu sahədə analoji problem həll edilməzsə, qiymət artımı qaçılmazdır”, - deyə ekspert əlavə edib.

Məsələ ilə əlaqədar Kənd Təsərrüfatı nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.

Orxan Aslanlı


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol