• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni reklam standartları təsdiqləndi

Yeni reklam standartları təsdiqləndi
22.11.2016 11:23
Nazirlər Kabineti "Reklam qurğularının yol kənarında yerləşdirilməsi Standartları”nı təsdiq edib.
 
Avtomobil yollarının kənarında yerləşdirilən reklam qurğuları yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməli, yol hərəkəti iştirakçıları üçün təhlükə yaratmamalı, sürücülərin yol şəraitini qiymətləndirməsinə mane olmamalı və çətinləşdirməməli, yol hərəkəti nişanlarına və yazılarına bənzəməməlidir. Yol örtüyünün üzərində, yol hərəkəti nişanlarında, onların dirəklərində və digər tənzimləmə vasitələrində, yol qurğularında reklamın yerləşdirilməsi qadağandır. Avtomobil yollarının kənarında yerləşdirilən reklam qurğuları yolda nəqliyyat vasitəsinin, piyadanın və ya digər bir obyektin olması təəssüratını yaratmamalı, habelə piyada və velosipedçilərin hərəkətinə mane olmamalıdır. Avtomobil yollarının kənarında torpaq sahəsində qaçan sətirlə reklam yayımlayan qurğuların yerləşdirilməsi qadağandır. Avtomobil yollarında səsli reklam qurğularının yerləşdirilməsinə də yol verilmir.
               
Dayanıqlılığı və bərkidilməni təmin edən konstruktiv elementlər (bolt birləşmələri, dayaq elementləri, texnoloji künclüklər və s.) dekorativ elementlərlə örtülməlidir. Reklam qurğularında sənaye üsulu ilə hazırlanmış, elektrik və yanğın təhlükəsizliyi üzrə tələblərə cavab verən işıqlandırma cihazlarından istifadə olunmalıdır. Reklamın xarici və ya daxili işıqlandırılması zamanı işıqlandırma cihazları və qurğuları işıq şüalarının birbaşa yolun hərəkət hissəsinə düşməməsi şərtilə yerləşdirilməlidir. Reklam qurğusu və onun konstruksiyaları videomüşahidə və nəzarət kameralarının əhatə dairəsini məhdudlaşdırmamalı, o cümlədən reklam qurğusunun işıqlandırılması kameraların fəaliyyətinə maneə yaratmamalıdır. Reklam qurğularının aşağıdakı yerlərdə quraşdırılmasına icazə verilmir:

- yol nişanları və işıqforla birlikdə, onların dirəklərində və eyni en kəsikdə;

- dəmiryol keçidlərində, müxtəlif səviyyəli nəqliyyat qovşaqlarının sərhədləri daxilində, körpü keçidlərində, tunellərdə və yolötürücülərinin altında, həmçinin onlarla yaşayış məntəqələri arasında 350 metrdən, yaşayış məntəqələrində isə 50 metrdən az məsafədə olan yerlərdə;

- avtomobil yolunun torpaq yatağının tökməsinin hündürlüyü 2 metr və daha çox olan sahələrdə;

- yaşayış məntəqələrindən kənarda yerləşən avtomobil yolunun reklam qurğusunun yerləşdirildiyi sahənin həmin yolun planında olan əyrilik radiusu 1200 metrdən, yaşayış məntəqələrində isə 600 metrdən az olduqda;

- avtomobil yollarının çəpərlərində və nəqliyyat axınını istiqamətləndirici qurğularda;

- istinad divarlarında, ağaclarda, qayalarda və digər təbiət obyektlərində;

-  avtomobil yolunun görünmə məsafəsi yaşayış məntəqələrindən kənarda 350 metrdən, yaşayış məntəqələrində isə 150 metrdən az olan sahələrdə;

- yaşayış məntəqələrindən kənarda ümumi istifadədə olan müntəzəm sərnişin nəqliyyat vasitələrinin  dayanacaqlarından 25 metrdən, yaşayış məntəqələrində isə 15 metrdən daha yaxın məsafədə;

- eyni səviyyəli piyada keçidlərində, avtomobil yollarının bir səviyyədə hər hansı kəsişməsinin torpaq sahəsində və onların sərhədləri daxilində, həmçinin onlarla yaşayış məntəqələri arasında 150 metrdən az məsafədə;

- piyadalar üçün nəzərdə tutulmuş səkilərdə reklam qurğularının dayaqlarının quraşdırılması qadağan olmaqla, reklam lövhəsinin ən son kənarı avtomobil yolunun torpaq yatağının daşından (bordür daşından) yaşayış məntəqələrindən kənarda 10 metrdən, yaşayış məntəqələrində isə 2 metrdən az məsafədə;

-  elektrik şəbəkələrinin mühafizəsi zonalarında;

- videomüşahidə və nəzarət kameralarının dirəklərində və onların köməkçi qurğularında.
 
Avtomobil yollarının kənarında reklam lövhəsinin və ya onu bərkidən konstruksiyaların aşağı kənarı reklam qurğusunun yerləşdiyi sahənin səviyyəsindən 2,5 metrdən az olmayan hündürlükdə yerləşdirilir, habelə yolun hərəkət hissəsinin üstündə quraşdırılarkən, həmin məsafə 5 metrdən az olmamalıdır.
 
Reklam elanının lövhəsinin sahəsindən asılı olaraq, yolun bir tərəfində ayrı-ayrılıqda yerləşdirilmiş reklam qurğuları arasındakı məsafə aşağıdakı cədvəldə göstərilmiş məsafələrdən az olmamalıdır:
 


Stasionar reklam qurğularının bünövrəsi torpaq üzərində yaşıllıqların bərpası şərtilə qrunt səthindən 15-20 sm dərinliyə salınmalıdır. //APA

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol