• $
  • €
  • ₽
  • ₺
  • £

Avro artıq bu il ucuzlaşacaq - Proqnoz

Avro artıq bu il ucuzlaşacaq - Proqnoz
23.11.2016 22:13
Avropa Mərkəzi Bankı (ECB) bölgə iqtisadiyyatını ultrayumşaq monetar siyasət vasitəsilə dəstəklənməsini davam etdirməlidir.
 
"Report"un "Vestifinance.ru" saytına istinadən verdiyi xəbərə görə, bunu ECB-nin rəhbəri Mario Dragi (Mario Draghi) tStrasburqda çıxışı zamanı bildirib.
 
Bununla da ECB 8 dekabrda keçirəcəyi növbəti iclasında istiqrazların alınması üsulu ilə monetar ekspansiya proqramını davam etdirilməsinə razılıq verəcəyinə işarə edib. 

"Reuters" agentliyi qeyd edir ki, bu proqram böyük ehtimalla 2017-ci ilin martından sonra da davam edəcək. Qeyd edək ki, ECB ayda 80 mlrd. avro (85 mlrd. ABŞ dolları) həcmində istiqraz alaraq maliyyə bazarlarını likvidliklə təmin edir.

M.Dragi çıxışında daha qəti addımlar atılmasının zəruriliyini bildirərək avrozona iqtisadiyyatındakı zəifliyi aradan qaldırmaq istədiyini xatırladıb. 

Münhendə çıxış edən ECB-nin İdarə Heyətinin üzvü Benua Kene isə öz növbəsində Bankın dayanıqlı inflyasiyaya nail olana qədər proqramın davam etdirilməsinin gərəkliyini deyib.

"Report"un analitik qrupu bildirir ki, dekabr ayında ECB-nin 8 dekabr iclasında monetar ekspansiyaya davam etmə qərarı alınarsa və ABŞ Federal Ehtiyat Sisteminin (FES) 13-14 dekabrda uçot dərəcəsini artırması avronun ucuzlaşmasına və eyni zamanda dolların məzənnəsinin yüksəlməsinə gətirib çıxaracaq. Bu isə USD/EUR məzənnəsinin artıq ilin sonuna kimi paritetə düşməsini təmin edəcək.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol