Dollar dəyişmək üçün ƏN SƏRFƏLİ BANKLAR

Noyabr ayının 24-də Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank "Amrahbank” və "AGBank”dır. Fins.az xəbər verir ki, bu bank Amerika valyutasını 1.7830 manata alır.
Dollar qiymətləri
Dolları ən aşağı qiymətə alan bank isə "Yapı Kredi Bank ” dır. Bu bankda dolların alış qiyməti 1. 6510 manatdır.
ABŞ dollarının ən aşağı satış qiyməti isə Pakistan Milli Bankının Azərbaycan filialındadır -1.7660 manat. Ancaq bu bank bu gün valyuta satmır. Digər bankların əksəriyyətində ABŞ valyutasını 1.7880 manata satılır.
Dolların ən yüksək satış qiyməti də 1.7880 manatdır.
Avro qiymətləri
Bu gün avronu ən baha satan "Bank Silk Vey”dur. Burada Avropa valyutasının satış məzənnəsi 1.8903 manat müəyyən edilib. Avronu ən ucuz "Yapı Kredi Bank (Azərbaycan)” satır -1.8901 manat.
Avronu ən ucuz alan isə"Yapı Kredi Bank”dir -1.7451 manat. Avropa valyutasını ən baha alan isə "Amrahbank”dır. Bu bankda 1 avro 1.8780 manata alınır. //Fins.az
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























