Azərbaycan da OPEK-in Vyana görüşünə qatılacaq

Azərbaycanın energetika naziri Natiq Əliyev noyabrın 28-də OPEK-ə üzv ölkələrin və bu quruma daxil olmayan ölkələrin yüksək səviyyəli komitəsinin ikinci iclasında iştirak edəcək.
ANN.Az xəbər verir ki, bu barədə Trend-ə Energetika Nazirliyindən bildiriblər.
Xatırladaq ki, OPEK sentyabr ayının sonlarında Əlcəzairdə keçirilən qeyri-rəsmi görüşdə neft hasilatının məhdudlaşdırılması barədə razılığa gəlmişdi. Bu barədə yekun razılaşmanın noyabrın 30-da keçiriləcək OPEK-in rəsmi iclasında əldə olunacağı gözlənilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























