• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana 500 avroluq saxta əsginazlar gətirildi

Azərbaycana 500 avroluq saxta əsginazlar gətirildi
28.05.2020 23:43
Saxta pulları AR DİN Mütəşəkkil cinayətkarlıqla mübarizə İdarəsinin əmədaşları aparılan axtarış-əməliyyat tədbirləri nəticəsində müsadirə ediblər. 

Bu barədə "Sputnik Azərbaycan”a AR DİN-dən bildiriblər. 

Əməliyyatçılar saxta pulu dövriyyəyə buraxmaq istəyən cinayət qrupun izinə düşüblər. Hələlik 3 min avro müsadirə edilib - əsginazların hamısı 500 avro dəyərindədir. Azərbaycan Ədliyyə nazirliyinin Məhkəmə ekspertiza Mərkəzinin ekspertləri saxta pulları əsl puldan seçmək çox çətin olduğunu qeyd ediblər. Saxta əsginazların Azərbaycanda hazırlanmadığı görünür. Bununla yanaşı mərkəzin ekspertləri 500 avro dəyərində əsginazların artıq uzun müddətdir ki, avropalılar üçün baş ağrısına çevrildiyini də qeyd ediblər. 

Avropa Mərkəzi Bankı (AMB) ən böyük nominala malik əsginazı dövriyyədən çıxarmaq qərarına gəlib. Beləliklə də AMB valyutanın saxtalaşdırılması problemini kökündən həll etmək istəyir. Beşyüzlüklərin cinayətkarlar tərəfindən terror da daxil olmaqla qanunsuz fəaliyyətlərinin maddi dəstək üçün fəal istifadə etmələri və saxtalaşdırmaları maliyyəçiləri ciddi şəkildə narahat edir. 

Bu əsginazdan imtina səbəbinin maraq doğuran versiyasını, almaniyada yaşayan və adının çəkilməsini istəməyən həmvətənimiz irəli sürüb. Mənbənin sözlərinə görə, saxta pul çap edənlər – AMB bu əsginazı dövriyyədən çıxarmağa vadar edən əsas deyil, ikinci dərəcəli səbəbdir. Əsas səbəb, avropa Bankının düşdüyü maliyyə böhranıdır.        

"Daha öncə bank hesabından gündə 10 min avro çıxarmaq mümkün idi. Daha sonra keşin həcmi 5 min, bir müddət sonra isə 2,5 minə qədər azaldı. Hazırda gün ərzində hesabdan min avrodan artıq pul çıxrmaq olar. Bu səbəbdən də avropalılar pulları evdə saxlamağa başlayıbar. Həm də çoxları pulu 500 avroluq ilə saxlamağa çalışır”, - mənbə bildirib.

Bu isə Almaniya banklarının əmanətçilərinin sayının 30 faiz azalmasına gətirib çıxarıb. Məşhur Almaniya bankı bu il 11 milyard avro zərər çəkib. 500 avroluq əsginazın avropalılar arasında ən sevimli banknot olması səbəbilə, cinayətkarların saxtalaşdırdığı əsginaz da məhz o olub... 


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol