• $
  • €
  • ₽
  • ₺
  • £

Gələn il deputatların maaşı üçün bu qədər vəsait ayrılacaq

Gələn il deputatların maaşı üçün bu qədər vəsait ayrılacaq
26.11.2016 15:29
Azərbaycanda gələn il deputatların aylıq maaşları üçün yarılan vəsaitin miqdarı bəlli olub.

Modern.az-ın xəbərinə görə, bu öz əksini Azərbaycan Milli Məclisinin "2017-ci il üçün xərclər smetası haqqında" qanun layihəsində tapıb.
 
Layihəyə görə, 2017-ci ildə təkcə 2 443 608 manat deputatların əmək haqqının ödənilməsinə sərf olunacaq. Ümumilikdə isə gələn il Milli Məclis və onun aparatının saxlanılmasına 23 089 714 manat xərclənəcək. Qanunverici orqana ayrılması nəzərdə tutulan vəsaitin 72,17%-i və yaxud 16 664 786 manatı əməyin ödənişi fonduna istiqamətlənəcək.
 
Layihəyə əsasən, 2017-ci ildə Milli Məclisin saxlanılması dövlət büdcəsinə bu illə müqayisədə 1,74% və yaxud 394 780 manat baha başa gələcək.
Bunun isə 14,66%-i və yaxud 2 443 608 manatı deputatların əmək haqqının ödənilməsinə sərf olunacaq.
 
Gələn il Milli Məclislə əməkdaşlıq edən ekspertlərə 270 000 manat, parlamentin aparatında çalışan şəxslərə 2 607 336 manat, deputat köməkçilərinə 1 365 000 manat, Milli Məclisin İşlər İdarəsinin əməkdaşlarına 1 513 524 manat əmək haqqı ödənilməsi nəzərdə tutulub.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol